KXCP: "Bu parlament Qarabağ problemini milli maraqlarımıza uyğun həllinə xidmət etməyəcək"

img

30-11-2010 [04:03]


Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. Noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərin saxtalaşdırılmasının yaratdığı vəziyyətin müzakirəsi zamanı qəbul olunmuş qərarlara uyğun olaraq yaradılacaq Xalq Parlamentinin işçi qrupunda Klassik Xalq Cəbhəsi Partiyasını Bəybala Əbilin təmsil etməsi qərara alınıb. Seçkilərinin yaratdığı siyasi vəziyyətlə bağlı noyabrın 14-də keçirilmiş KXCP-nin rayon/şəhər şöbə sədrlərinin Respublika müşavirəsinin tövsiyələrini, noyabrın 22-də seçkilərinin nəticələrinə həsr olunmuş Dəyirmi Masada səslənən təklifləri də nəzərə alaraq bəyanat qəbul edib. Bəyanatda deyilir: ?Son vaxtlar dünyada və regionda baş verən ciddi siyasi dəyişikliklər Azərbaycan iqtidarını dövlətimizin milli və siyasi maraqlarına uyğun addımlar atmağa sövq etməli olduğu halda, bunun tamamilə əksinin baş verdiyini, Azərbaycanın milli və dövlət maraqlarını zərbə təhlükəsi ilə üz-üzə qoyduğunu, insan haqları və demokratik dəyərlərin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri pozduğunu, Qərb və Avropa dəyərlərinin əsas prinsipi olan hüquqi və mülki cəmiyyət quruculuğundan imtina etdiyini, Qərbə inteqrasiya prosesindən üz döndərdiyini, apardığı yanlış xarici siyasətlə Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin dəstəyindən məhrum etdiyini və dövlətimiz ətrafında qeyri müəyyən siyasi mühit formalaşdırdığını, 07 noyabr 2010-cu il tarixdə saxta yolla təyin edilmiş parlament vasitəsi ilə Qarabağ probleminin Azərbaycanın milli maraqlarına zidd şəkildə həll edilməsi ehtimalını artırdığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də bu seçki saxtakarlığına şərik çıxdığını, vətəndaşların azad seçki hüququnu mənimsəyərək dövlətimizi feodallaşmaya doğru sürükləndiyini bəyan edərək KXCP İdarə Heyəti bu anti milli siyasi kursu durdurmaq üçün milli demokratik qüvvələri birgə fəaliyyətə səsləyir və bu istiqamətdə atılacaq istənilən addımları dəstəklədiyini bildirir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA