Bu gün 4-cü çağırız Milli Məclisin ilk iclası keçiriləcək

img

29-11-2010 [12:06]


Bu gün 4-cü çağırış Azərbaycan Milli Məclisinin ilk iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, saat 12:00-da keçiriləcək iclasda parlamentin yeni sədri və sədr müavinləri, komitə sədrləri seçiləcək. Qeyd edək ki, bu gün Konstitusiya Məhkəməsi 7 noyabr parlament seçkisinin nəticələrinin təsdiqlənməsinə dair qərar çıxarıb. Xatırladaq ki, 2010-cu il noyabrın 7-də 4-cü çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkidə 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb. Seçkidə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkidə qələbə qazanmış digər şəxslər bitərəflərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA