AXCP Ali Məclisinin növbəti sessiyası keçirilib

img

27-11-2010 [05:02]


Bu gün AXCP Ali Məclisinin növbəti sessiyası keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AXCP sədrinin müavini Razi Nurullayev məlumat verib. R.Nurullayev bildirib ki, sessiyada ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, indiki mərhələdə partiyanın fəaliyyət istiqamətləri, parlament seçkilərinin nəticələri və bundan sonra görüləcək işlər müzakirə olunub. Onun sözlərinə görə, AXCP sədri Əli Kərimli toplantıda çıxış edib və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikirlərini bildirib. Bundan əlavə, partiyanın Rəyasət Heyətinə tapşırılıb ki, Ali Məclisin növbəti iclasına qədər toplantıda səslənən fikirlərin icrası ilə bağlı fəaliyyət planı hazırlasın. AXCP yetkilisi sessiyada Müsavatla əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu vurğulayıb: ?Əslində biz hər toplantıda Müsavatla əməkdaşlıq barədə müzakirələr aparırıq. Bu dəfə də müəyyən fikirlər səsləndi. Məlum olduğu kimi, biz sonuncu qurultayımızda bu məsələ ilə bağlı qərarımızı vermişik. Ona görə də AXCP-Müsavat birliyi ilə bağlı budəfəki sessiyada hər hansı bir qərar verilmədi. Sadəcə olaraq, əvvəlki mövqeyimizdə qaldığımız və bu istiqamətdəki səyləri artırmağımız məqsədəuyğun hesab edildi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA