Azərbaycan millisi ?Real?ı məğlub etdi

img

26-11-2010 [05:59]


Bakının ?Real? klubu Azərbaycanın 16 yaşlılardan ibarət yığma komandası qarşısında aciz qalıb. ?Qafqazinfo?nun məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi yığma Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün ?Real?la yoldaşlıq görüşündə 2:0 hesabı ilə qalib gəlib. Qolları Ruslan Abdullayev və Davud Qarayev vurub. Qeyd edək ki, bu oyun AFFA tərəfindən Mərdəkandakı ?Dalğa? İstirahət Mərkəzinin ərazisində inşa olunan stadionda keçirilib. Bunda məqsəd tikintisi başa çatmaqda olan stadionun örtüyünün UEFA-nın tövsiyəsi ilə sınaqdan çıxarılması olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA