Sərdar Cəlaloğlu Ali Məhkəməyə zikayət etdi

img

26-11-2010 [03:58]


Bu gün Qarabağ Bloku 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş, ADP sədri Sərdar Cəlaloğlu həmin dairədə seçkilərin saxtalaşdırılması və bu saxtalaşdırılmanın MSK tərəfindən qanuna müvafiq şəkildə araşdırılmadan seçkilərin nəticəsinin təsdiq etməsi ilə haqqında Apelyasiya Məhkəməsinə verdiyi şikayətlə bağlı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan Azərbaycan Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti göndərib. MİA-nın xəbərinə görə, şikayətdə Bakı Apelyasiya Məhkəməsinin qərarının aşkar qanun pozuntuları ilə müşahidə olunduğundan həmin qərarın ləğv edilməsi və şikayətə təkrar baxılması xahiş edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA