Spiker Oqtay Əsədovdan müxalifətə cavab

img

22-11-2010 [12:06]


"Bəzi müxalifət partiyalarının noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərində ciddi qanun pozuntuları olması barədə fikirləri əsassızdır. Müxalifətin dediyi fikirlər tamamilə yalandır, seçkilər yüksək səviyyədə təşkil olunmuş, azad, şəffaf və demokratik keçmişdir". Bu sözləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib. O.Əsədov bildirib ki, hakim Yeni Azərbaycan Partiyası parlament seçkilərində bir daha güclü olduğunu sübut edib: "YAP-dan Milli Məclisə 71 deputat seçilib. Əminəm ki, hakim partiya Milli Məclisdə əvvəlkindən daha yüksək səviyyədə təmsil olunacaqdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA