Seçkinin nəticələrindən narazı qalanlardan 100 manat pul tələb olunur

img

26-11-2010 [12:44]


Xəbər verildiyi kimi, Qarabağ Blokundan 14 saylı Xəzər ikinci, 23 saylı Nəsimi-Səbayel, 24 saylı Nizami birinci, 26 saylı Suraxanı birinci seçki dairələrindən deputatlığa namizədliyi irəli sürülmüş Kamal Hüseynov, İlqar İsmayılov, Nurəddin İsmayılov, Eldəniz Xuduzadə namizədliklərinin qeydə alınmaması ilə bağlı təmsil olunduqları dairələrdən Apelyasiya məhkəməsinə şikayət etmiş və DSK və MSK-nın onlar barədə çıxardıqları qərarın ləğv edilməsini tələb ediblər. ADP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Bakı Apelyasiya məhkəməsi namizədliyi irəli sürülmüş bu şəxslərin haqlı iddialarını təmin etməməklə bərabər onların hər birindən dövlət büdcəsinə 100 manat ekspertiza xərci tutulması barədə qətnamə çıxarıb. Bundan sonra isə yerli məhkəmələrin icra qurumları keçmiş namizədlərin evlərinə zənglər edir, onları bu pulu ödəməyə məcbur etməyə cəhd edirlər. Hətta pulu ödəməyəcəkləri təqdirdə zorla onların əmlaklarının müsadirə olunacağı bildirilir. Qeyd edək ki, məhkəmədə namizədlərin heç birinə ekspertizanın ödənişli olması haqqında məlumat verilməyib və onların bu barədə rəsmi razılığı alınmayıb. Məlumat üçün qeyd edək ki, namizədliyi irəli sürülmüş bu şəxslər iddia ərizələrində Apelyasiya məhkəməsinə ekspertiza ayrılması barədə deyil, onların DSK və MSK-da pozulan hüquqlarının bərpa edilməsi barədə müraciət etmişdilər. Bütün bunlar qeyri qanuni olmaqla yanaşı, gələcəkdə seçkilərdə iştirak etmək istəyən şəxsləri seçki prosesindən uzaqlaşdırmağa zəmin hazırlamaq kimi qiymətləndirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA