ADP Konstitusiya Məhkəməsinin seçki ilə bağlı qərarını pislədi

img

30-11-2010 [02:54]


Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti Konstitusiya Məhkəməsində parlament seçkilərinin nəticələrinin təsdiq edilməsi ilə əlaqədar bəyanat qəbul edib. ADP-nın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, ADP seçkilərlə əlaqədar apelyasiya və kasasiya mərhələlərində məhkəmələrdə olan çox saylı şikayətlərin araşdırılıb başa çatmasını gözləmədən Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələrini bütünlüklə təsdiq etməsini qətiyyətlə pisləyir. ADP hesab edir ki, elan olunmuş çoxsaylı saxtakarlıq faktlarına baxmayaraq, heç bir mərhələdə seçkilərlə əlaqədar qanun pozuntularının obyektiv araşdırılmaması və Konstitusiya Məhkəməsində tələsik təsdiq edilməsi, saxtakarlığın məhz mərkəzləşdirilmiş qaydada və total şəkildə həyata keçirilməsinin sübutu kimi qiymətləndirilməlidir. ADP həmçinin, parlament seçkilərində iştirak etdiyinə və saxtakarlığın qarşısını almağa cəhdlər etdiyinə görə hüquq müdafiəçisi Vidadi İsgəndərov, müstəqil namizəd Bəxtiyar Hacıyev və ?AXCP-Müsavat? blokundan namizəd olmuş Fuad Qəhrəmanlıya qarşı iqtidarın həyata keçirdiyi sifarişli repressiv hərəkətləri pisləyir və bu addımların dərhal dayandırılmasını tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA