Sərdar Cəlaloğlu komandası ilə birgə məhkəməyə üz tutub

img

24-11-2010 [11:44]


Qarabağ Blokundan 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci, 9 saylı Binəqədi ikinci, 17 saylı Yasamal üçüncü, 34 saylı Xətai üçüncü seçki dairələrindən deputatlığa namizədlikləri irəli sürülmüş ADP sədri S.Cəlaloğlu, ADP sədrinin birinci müavini H.Rüstəmov və partiya sədrinin digər müavinləri T.Əliyev, Z.Hüseynov və R.Mansurov seçkilərin saxtalaşdırılması ilə bağlı etdikləri şikayətlərə obyektiv baxılmadığına görə MSK-nın çıxardığı qərardan narazı qaldıqlarını bildirib və bununla əlaqədar Apelyasiya Məhkəməsinə şikayət təqdim ediblər. MİA-nın xəbərinə görə, şikayətlərdə DSK və MSK-nın onların seçkilərin saxtalaşdırılmasına dair müraciətlərinə qeyri obyektiv baxılması göstərilib və bu qurumların çıxardığı qərarların ləğv edilməsi və seçkilərin saxtalaşdırılmasında iştirakı olan rəsmi şəxslərin cəzalandırılması tələb edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA