ümid Partiyasında olan MSK üzvü yekun protokolu imzalayıb

img

22-11-2010 [04:56]


Mərkəzi Seçki Komissiyasının (MSK) Ümid Partiyası tərəfindən təyin edilmiş üzvü Akif Qurbanov da Milli Məclisə seçkilərlə əlaqədar yekun protokolu imzalayıb. MSK-dan verilən məlumata görə, MSK-nın 22 noyabr tarixli iclasında yekun protokol səsverməyə çıxarılan zaman bitərəf qalan A.Qurbanov protokola iclas başa çatdıqdan sonra imza atıb. Bununla da yekun protokola MSK-nın 18 üzvündən 17-si, Gülağa Aslanlıdan (Müsavat) başqa bütün üzvlər imza atmış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA