MSK 14 məntəqə üzrə parlament seçkilərinin nəticələrini ləğv edib

img

20-11-2010 [08:04]


Noyabrın 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. MSK-nın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, iclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən dördü qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılmış, on yeddisi isə əsassız olduğundan təmin edilməyib. Bundan əlavə, 9 saylı Binəqədi ikinci, 15 saylı Yasamal birinci, 57 saylı Kürdəmir və 107 saylı Qazax seçki dairələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı şikayətçilərin müraciətlərinin qismən təmin edilməsi qərara alınıb. Belə ki, 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə 7, 8, 10, 21 və 32, 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 21 saylı, 57 saylı Kürdəmir seçki dairəsi üzrə 26, 34, 36 saylı və 107 saylı Qazax seçki dairəsi üzrə 10, 12, 16, 20 və 21 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmadığından həmin məntəqələrdə keçirilmiş səsvermənin nəticələrinin ləğv edilməsi barədə qərar çıxarılıb. Komissiyanın iclasında cari məsələlərə də baxılıb. Qeyd edək ki, iclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA