MMP AXCP-Müsavat blokunun təklifini müzakirəyə çıxardı

img

11-11-2010 [01:56]


Parlament seçksində iştirak etmiş siyasi partiyalar və partiyaların seçki blokları rəsmən elan olunmuş nəticələrin Azərbaycan xalqının iradəsini ifadə etməmək barədə noyabrın 10-da toplantı keçirib. Həmin toplantıda siyasi partiyalar və bloklar 7 noyabr Milli Məclisə keçirilən seçkinin nəticələrini tanınmaması, ləğv olunması, yeni parlament seçkisinin keçirilməsi tələbi ilə bəyanat imzalayıblar. Qeyd edək ki, həmin bəyanatın imzalanması üçün AXCP-Müsavat bloku tərəfindən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə də müraciət edilib. Hafiz Hacıyev həmin müraciəti müsbət dəyərləndirib və bildirib ki, MMP-nin bu bəyanata imza atması ilə bağlı müraciətə partiyanın Siyasi Şurasında müzakirə edildikdən sonra cavab veriləcək. Artıq bu məsələ ilə bağlı partiyadaxili məsləhətləşmələr aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA