Naxçıvan Nümayəndəliyi ?AXCP-Müsavat? blokunun 2 saylı Şərur seçki dairəsindən vahid namizədinin iddialarını təkzib etdi

img

20-11-2010 [11:16]


Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin açıqlamasında qeyd olunur ki, ?son günlər qara piar kampaniyası aparmağa vərdiş etmiş bəzi kütləvi informasiya vasitələrində ?AXCP-Müsavat? seçki blokunun 2 saylı Şərur seçki dairəsindən vahid namizədi olmuş Səxavət Əliyev tərəfindən açıqlanan bu dairədə güya baş vermiş saxtakarlıq faktları barədə məlumatlar həqiqətədn uzaqdır və heç bir əsası yoxdur?. Açıqlamada bildirilir ki, ?2 saylı Şərur seçki dairəsindən Milli Məclis deputatlığına namizədliyi qeydə alınmış Əliyev Səxavət Musa oğlu imzatoplama prosesində dəfələrlə DSK sədri ilə görüşlərində Naxçıvanda seçki qanunvericiliyinə riayət olunduğunu (demokratik şəraitin mövcudluğundan narahatlığı namizədin o dövrkü bəyanatlarında açıqca sezilirdi) və ona hər hansı bir problemin yaradılmadığını qeyd etmişdir. 3 noyabr tarixinədək hər hansı narazılığını dilə gətirməyən Musavat partiyasının divan üzvü S.Əliyevə də digər namizədlər kimi bütün şəraitlərin yaradılmasına baxmayaraq o, DSK üzrə müşahidəçi tapa bilməmiş, bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışmış və 2 saylı dairənin ərazisində qohumlarından başqa heç kəsi tanımadığını bildirmişdir?. Eyni zamanda Naxçıvan Nümayəndəliyinin açıqlamasında S.Əliyev və onun səlahiyyətli nümayəndələri kimi fəaliyyət göstərmiş qardaşları Çapay və Sabit Əliyevin qanunsuz hərəkətlərinin seçki günü və ondan sonra da davam etdiyi vurğulanır: ?Belə ki, onlar seçki günü 29 və 30 saylı məntəqələrə daxil olaraq seçicilərə həmkəndli və qohum olmalarını xatırlatmış, S.Əliyevə səs vermələri üçün seçicilərə təsir göstərməyə çalışmışlar. Seçki qanunvericiliyinin tələblərinə zidd olmasına baxmayaraq, hətta bülletenlərin sayılmasında da iştirak etmişlər. 29 və 30 saylı məntəqələrdə S.Əliyev tərəfindən müşahidəçi qismində iştirak edən qardaşları bülletenlərin sayılması prosesində namizədin səs almadığını gördükdən sonra, müxalifətdən olan bəzi məntəqə üzvləri ilə əlbir olaraq lider namizədin lehinə olan bülletenləri etibarsız hala salmışlar?. ?S.Əliyevin diqqətinə çatdırmaq istəyirik ki, seçki günü, yəni 7 noyabr tarixdə ATƏT-in müşahidəçiləri 2 saylı dairə seçki komissiyasında seçki prosesini, o cümlədən məntəqə seçki komissiyalarının yekun protokollarının qəbulunu sona qədər müşahidə etmiş və DSK-dan yekun protokolun surətini almışlar. Kənd sakinləri arasında heç bir nüfuza malik olmayan Əliyev qardaşları seçkidən sonra bir daha gülüş hədəfinə çevrildiklərini gördükdən sonra içkili vəziyyətdə Püsyan kəndinin mərkəzində sakinlərin toplaşdıqları yerdə kənd sakinlərini və eləcə də ağsaqqalları Səxavət Əliyevə səs vermədiklərinə görə təsibsizlikdə günahlandırmış, onları nalayiq söyüşlərlə təhqir etmişlər. Ağsaqqalların öyüd-nəsihətlərindən Sabit Əliyev daha da qeyzlənmiş və ağsaqqalardan birinə qarşı hətta fiziki güc tətbiq etmişdir. Vəziyyətin arzuolunmaz məcraya yönəlməsi kənd sakinlərinin polis orqanlarına müraciət etməsi ilə nəticələnmişdir. Hazırda Sabit Əliyevin neqativ hərəkətləri aidiyyatı orqanlar tərəfindən araşdırılır. Səxavət Əliyevin 2 saylı Şərur seçki dairəsində keçirilmiş seçkilər zamanı saxtakarlıq faktlarının yalnız öz yaxın ailə üzvləri tərəfindən müəyyən olunaraq aktlaşdırılması bir daha onun fikirlərinin cəfəngiyyat olmasına, onun özünün saxtakarlıqla məşğul olmasına dəlalət edir. Bir daha xatırladırıq ki, bu cür populist bəyanatlarla seçkilərin demokratik və şəffaf şəraitdə keçirilməsinə qara yaxmaq mümkün deyil?- deyə Naxçıvan Nümayəndəliyinin açıqlamasında vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA