Müxalifət seçkinin nəticələrini tanımadı; ?AXCP-Müsavat? nəticələrinin ləğv olunmasını tələb etdi

img

08-11-2010 [12:15]


?AXCP-Müsavat? seçki bloku parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib. Müsavat partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli bu gün birgə keçirdikləri mətbuat konfransında blokun seçkilərin nəticələrini tanımadığını bəyan ediblər. İsa Qəmbər bu seçkilərin nəticələrinin ləğv edilməsi və demokratik seçki keçirilməsini tələb edib: ?Azərbaycanda dünən baş verən hadisənin seçki ilə yaxınlığı yoxdur. Əvvəlcə namizədlərin üçdə ikisini qeydiyyata almadılar. Müşahidəçilərimizin həbs edilməsi, təqib edilməsi qanun pozuntularının nə dərəcədə olduğunu göstərdi. Bizim ümumi rəyimiz ondan ibarətdir ki, bu seçkilər azad və demokratik seçkilər deyil?. AXCP sədri Əli Kərimli isə bildirib ki, bu seçkilərin əvvəlki seçkilərdən fərqi olmayıb: ?Azərbaycanda belə seçkilərin keçirilməsindənsə, ləğv edilməsi yaxşıdır. Dünən səs verənlər 15%-dən az idi. Bu da o deməkdir seçki gözdən düşüb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA