13-11-2010 [02:33]
33 saylı Xətai birinci seçki dairəsində 7 noyabr parlament seçkiləri zamanı baş verən qanun pozuntuları ilə bağlı Zəlimxan Məmmədlinin seçki qərərgahınım son məlumatını açıqlayıb.
MİA-ya daxil olan məlumatda bildirilir ki, namizədin müşahidələri əsasında seçki günündən əvvəl və seçki günü seçkilərin azadlıq, ədalətlilik və demokratikliyini şübhə altına alan ciddi qanun pozuntuları aşkarlanıb.
Seçki gününə qədər olan qanun pozuntuları aşağıdakılardan ibarət olub.
- DSK birtərəfli qaydada YAP-ın namizədi Hüseynbala Mirələmova himayədarlığını gizlədə bilməmişdir.. belə ki, Xətai rayonu ərazisində fəaliyyət göstərən ?Azərpoçt? MMC-nin 3 saylı filialının 149 saylı poçt şöbəsi (indeks AZ 1149) tərəfindən müştərilərə Hüseynbala Mirələmovun təşviqat materiallarının paylanılması və onun və onun lehinə təbliğat aparılması faktı aşkarlanaraq hadisə yerinə DSK sədri Əlibaba Bayramov da dəvət edilmiş, faktı o öz gözləri ilə görərək ölçü götürüləcəyini desə də bizim rəsmi müraciətimizi hətta bizi günahlandıran tonda cavab məktubu göndərdi.
- DSK sədri dairə ərazisində qapalı müəssisə olan (7 saylı cəzaçəkmə müəssisəsi) seçicilərlə görüş təşkil etmək tələbimizi sırf subyektiv mülahizələrdə rədd etdi. Bu da bizim dustaqların səsisinin artıq alındığı haqda məlumatlarımızın təsdiqi olmaqla seçki məcəlləsinin tələblərinin pozulmasıdır. Rəsmi müraciətimizə DSK hələ də rəsmi cavab verməyib.
- DSK sədri Hüseynbala Mirələmovun adamları tərəfindən Babək pr 72-74-76 binalarının həyətində ?asfalt yamaq?lar vurulan və bunu Mirələmov etdiyini təbliğ edən işçilər məhz Əlibaba Bayramovun iştirakı ilə yerində aşkarlansa da o bizi günahlandırmaqdan belə çəkinməmişdir.
- DSk sədri H.Mirələmovun göstərişinin MİS rəisləri və Xətai rayon İH-nin məsul işçiləri tərəfindən təşkili və o adamların t əbliğatda iştirakına göz yummaqla işini bitmiş hesab etmişdir.
Seçki günü müşahidə olunan qanun pozuntuları aşağıdakılardan ibarətdir.
1 saylı məntəqədə müşahidəçilər 220 seçici qeydə alsalar da qutudan 720 bülleten ?çıxmışdır?.
4 saylı məntəqədə müşahidəçilərin qeyd etdikləri say 208 olduğu halda, onlarda 309 olmuşdur. Saat 17:00-da müşahidəçilərin qeydiyyatından 240 seçici keçməsinə bamayaraq məntəqə sədri 475 seçicinin səs verdiyi haqda saxta məlumat vermişdir. Saat 19-da isə qutudan guya 606 bülleten çıxması haqda saxta məlumat verilmişdir.
5 saylı məntəqədə səhər saat 10:00 məlumatına görə cəmi 57 nəfər qeydə alınmışdır. Saat 12:00-da məntəqəyə əlavə cəmi 58 nəfər seçici daxil olmağına baxmıyaraq Məntəqə sədrinin verdiyi məlumata görə rəqəm şişirdilərək 162 nəfər elan olunmuşdur. Saat 12:00-15:00 arası məntəqəyə cəmi 36 nəfər gəlməyinə baxmayaraq MnSK sədri tərəfindən 425 nəfərin səsvermədə iştirakı haqda saxta məlumat verilmişdir. Saat 15:00-dan 17:00- qədər əlavə 20 (iyirmi) nəfər səsvermədə iştirak etmişdir. MnSK sədri isə saat 17:00-da 529 nəfərin səsvermədə iştirak etməsi haqda saxta məlumat vermişdir. Saat 19-da isə qutudan guya 647 bülleten çıxmışdır.
6 saylı məntəqədə barmağın boyanması və yoxlanılması prosesini müşahidə edilməsinə komissiya sədri, üzvləri və YAP müşahidəçiləri imkan verməyiblər. 6 saylı məntəqədə səs verən seçici sayı cəmi 187 nəfər olmasına baxmayaq qutudan 426 səs çıxıb.
7 saylı məntəqədə müşahidəçilər 200 seçici qeydə alsalar da qutudan 530 bülleten ?çıxmışdır?.
8 saylı məntəqəyə seçki prosesi ərəfəsində daxil olan seçicilərin cəmi sayı 200 nəfər qeyd edildiyi halda bu rəqəm şişirdilərək 530 nəfər elan edilmişdir.
9 saylı məntəqədə saat 10:00-da səs vermiş seçicilərin sayının 31 olmasına baxmıyaraq məntəqə sədri 43 nəfər qeyd etmişdir. Və bu hadisəni müşahidəçilər sədrə düzgün olmadığını bildirəndə bəzi müşahidəçilərin hücumuna məruz qalmışlar. MnTK sədri məktəbin işçisinə iki dəfə topa bülleten verib, o bülletenləri qutuya atıb. Müşahidəçilər bunu komissiya üzvlərinin nəzərinə çatdıran zaman onları təhqir edib poliuslə hədələyiblər.
Məntəqədə 17:05-dən etibarən barmaqların rənglənməsi və yoxlanılması prosesi və seçicilərin vəsiqələri yoxlanılmayıb.Saat 19:00-da 9 saylı məntəqədə müşahidəçilərin qeydiyyatı zamaı seçicilərin sayı cəmi 167 nəfət olduğu halda qutudan çıxan bülletenlərin sayının 572 nəfər olduğu qeyd olunmuşdur.
10 saylı məntəqədə səhər saat 08:00-19:00-dan seçkidə iştirak edən seçicilərin
sayının 278 nəfər olmasına baxmıyaraq bu rəqəm bülletenlər sayılarkən 448 olmuşdur.
11 saylı məntəqədə müşahidəçilərin qeydiyyatı zaman 273 seçicinin olduğu halda qutudan 521 ədəd büllüten çixmışdır. 11 sayli məntəqədə 5 nəfərlik qruplarla karusel başlanib, Əsas qanun pozuntuları baç barmağın rənglənməməsi, dairə ərazisində yaşamayanlara bülletenlər verilməsi, və hımin qruplarin neftayirma zavodunun işçiləri olmasidir, Eyni zamanda komissiya üzvləri bitərəfli qaydada Hüseyinbala Mirələmova himayədarlıq etməklə məşğuldur.
12 saylı məntəqədə müşahidəçilər 173 seçici qeydə alsalar da qutudan 455 bülleten ?çıxmışdır?.
13 saylı məntəqədə 30 nəfərlik dəstə birdən məntəqəyə daxil olaraq yoxlanmadan məntəqəyə daxil olur, barmaqlar rənglənmir, başqa dairədə yaşayanlar səs verir.
14 saylı məntəqədə Qubadlı rayon, Qaralar kənd sakini Quliyev Arif Səlim oğlu məntəqəyə daxil olmuş və barmağı mürəkkəblənməmiş və ona bülleten verilərək kabinəyə daxil olmuşdur. 14 saylı seçki məntəqəsində birbaşa öz müşahidəm (Zəlimxan Məmmədli) zamanı bəlli oldu ki dairə ərazisində yasamayan və qeydiyyatdan çixarma və ya daxiledilmə siyahisinda adı olmayan vətəndaşin sol barmağı rənglənmiş məntəqəyə buraxilmış və ona bülleten verilmış, səsvermədə iştirak edəndən sora ondan sənədinə baxmağ xahis etdim və o da təqdim etdi və səs verdiyini etiraf etdi, bunu komissiya üzvlərinin nəzərinə çatdirdiqda komissiya sədri, üzvləri və Mirələmovun müşahidəçiləri üzərimə hücum edərək mənə təhqir etmədən belə çəkinmədilər
16 saylı məntəqədə karusel əməliiyatı haqda daxil olan məlumatı əsas götürərək bu faktın doğruluğunu yoxlamaq məqəsədi ilə seçicilərin səsvermə dəftərində olan 3-4 nəfər səs vermiş vətəndaşın şəxsiyyət vəsiqələrindən seriya və nömrəsi tələb olundu. Komissiyanın sədri bundan qətiyyətlə imtina etdi. 18 saylı məntəqədə barmağın boyanması və yoxlanılması prosesi gedişini müşahidəçilər görə bilmirlər, onların haqlı tələbləri ciddi zorakılıqlarla qarşılanıb. 18 saylı məntəqədə saat 10-a qədər 32 nəfərin sağ əlin baş barmağı mürəkkəblə işarələnmişdir. (Ənvər sadıxov)Məntəqədə seçki qutuları açlarkən topa halında çıxmış bülletenlərə rast gəlindi. Etirazlara rəğmən nəzərə alınmadı. Cəmi müşahidəçilərin qeydinə görə məntəqəyə 229 nəfər daxil olmuş, qutudan 373 bülleten çıxmışdır.
19 saylı məntədə müşahidəçilərin qeydiyyatı zamanı 259 seçicinin məntəqəyə daxil olmasına baxmayaraq qutudan çıxan bülletenlərin sayı 400 olmuşdur.
22 saylı məntəqədə 30 qeder seçici ikinci defe ses verməyə gelib ancaq müşahidəcilər tərəfindən aşkarlanaraq geri qaytarılmışdır. 23 saylı məntəqədə müşahidə zamanı 2 nəfərin 1 topa bülleteni qutuya atdıqlarını məntəqə sədrinə bildirilsədə buna məhəl qoymuyan sədr öz işinə davam etdi. Qeydiyyatdan 190 nəfər keçdiyi halda qutudan 269 bülleten çıxmışdır. 90 EE 697 dövlət nişanlı, çəhrayı rəngli 07 markalı maşın ?karusel? əməliyyatınıniştirakçılarını seçki məntəqələrinə daşımaqla məşğuldur.
24 saylı məntəqədə müşahidəçilərin apardığı qeydiyyata əsasən 200 nəfər olduğu halda qutudan çıxan səslərin sayı 504 olmuşdur.
25 saylı məntəqədə müşahidəçilərin apardığı qeydiyyata əsasən 235 nəfər olduğu halda qutudan çıxan səslərin sayı 496 olmuşdur.
28 saylı məntəqədə müşahidəçilərin və məşvərətçi səs hüquqlu komissiya üzvlərinin bülletenlərin sayılmasını müşahidə etməsi üçün şərait yaradılmamışdır. Komissiya üzvləri bülletenləri qarşılarına tökərək müşahidəçilərin müşahidə hüquqlarının qarşısını almışlar.
29 saylı məntəqə sədrinin yaratdığı şəraitdən asılı olaraq İsmayıllı rayon qeydiyyatında olan qeydiyyatdan çıxma vı qeydiyyata düşmə vərəqi olmadan Kəsiyeva Naməz qeyri-qanuni səs vermişdir.
30 saylı məntəqədə ?karusel? iştirakçısı ifşa olunub və akt tərtib olunub. 30 saylı
məntəqədə 10-15 nəfərlik ?karusel?də şübhəli bilinən və məntəqəyə daxil olmaq istəyən adamlardan sənəd istənilən vaxt sürətlə qaçmağa başlayıblar.
33 saylı məntəqədə barmağın boyanması və yoxlanılması prosesi gedişini komissiya üzvləri görə bilmirlər. saylı məntəqədə müşahidəçilər seçki qutusundan 14-15 metr aralıda yerləşdiriliblər. 33 saylı məntəqədə 1 nəfər icra nümayəndəliyindən çıxaraq seçici ilə birlikdə seçki məntəqəsinə daxil oldu və hamının eşidəcəyi tərzdə Hüseynbala Mirələmova səs vermələrini çağırdı. Əhmədli kənd bələdiyyyəsinin sədri Pərviz və icra nümayəndəsi seçicilər arasinda təblğat aparır və onlarə səsvermayə aparir
35 saylı məntəqəyə daxil olarakən 100 ədəd bülletenin qırağı kəsilmişdir. Iradımızı məntəqə sədrinə bildirdik. 35 saylı məntəqə sədri Ramil əsgər və məhbuslara H.Mirələmova səs verməyə göstəriş verir. Dəfələrlə iradlara baxmayaraq öz hərəkətlərini davam etdirirdi.
Seçki prosesi ərzində Vəkillər, Komissiya üzvləri, müşahidəçilərə və deputatlığa namizədlərə qarşı zarakılıq halları müşahidə olmuşdur.
Beləliklə, 33 saylı Xətai birinci seçki dairəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin əksər maddələri kobud surətdə pozulmuş və seçkinin nəticələri Mirələmov Hüseynbalanın xeyrinə saxtalaşdırılmışdır. Müşahidəçilərin verdiyi məlumatlara, tərtib etdiyi aktlara, vəkillərin, məşvərət səs hüquqlu komissiya üzvlərinin müşahidələrinin nəticələrinə əsaslanaraq seşki qərargahı bəyan edir:
- 7 noyabr 2010-cu il 33 saylı Xətai birinci Seçki Dairəsindəki seçki nəticələri saxta hesab edilsin və nəticələri tanınmasın, nəticələrin ləğv edilməsi tələb edilsin,