Hürrü Əliyevin partiyasından Fərəc Quliyevə təbrik

img

19-11-2010 [03:39]


Azərbaycan Xalq Cümhuriyyəti Partiyası parlament seçkiləri ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, seçkilər demokratik dəyələrə uyğun olaraq şəffaf keçirilib. Bunun sübutu kimi partiya seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq namizədlərin sərbəst şəkildə qeydiyyata alınması, öz təşviqatlarını aparmaq üçün onlara bərabər imkanlar yaradılmasını göstərib: ?Seçki prosesini izləyən yerli və beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti parlament seçkilərinin təşkilini və gedişini müsbət qiymətləndirib. Beynəlxalq müşahidəçilərin, o cümlədən Avropadan gələn müşahidəçilərin tam əksəriyyəti Azərbaycandakı seçkiləri müsbət, şəffaf, açıq, demokratik seçki kimi qəbul ediblər. Bəzi siyasi qüvvələr uduzmaqlarını qəbul etmək istəməyərək müxtəlif xoşagəlməz təbliğat üsullarına əl atırlar. Azərbaycan Xalq Cümhuriyyəti Partiyası olaraq biz siyasi nümunə göstərərək 31 saylı Suraxanı ikinci seçki dairəsindən seçicilərin böyük əksəriyyətinin səsini qazanmış Fərəc Quliyevi təbrik edir və burda bütün ölkə boyu olduğu kimi seçkinin azad, ədalətli keçirildiyini qəbul edərək onun qələbəsini tanıyırıq. İstər bu dairədə, istərsə də digər dairələrdə hər kəs lazımı səsləri toplamaması nəticəsində uduzub. Bu isə onların şəxsi problemləridir. Xalq hər şeyi görür. Kimsə bu seçkilərdə uduzubsa onun bütövlükdə seçkilərin nəticələrini şübhə altına salmağa nə mənəvi, nə də hüquqi ixtiyarı yoxdur. 7 noyabr parlament seçkilərinin nəticələrini tanımamaq Azərbaycan xalqına və Azərbaycan dövlətinə hörmətsizlikdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA