Seçki saxtakarlığından zikayətlər davam edir

img

12-11-2010 [02:49]


5 saylı Şahbuz-Babək dairəsindən Qarabağ Blokunun deputatlığa vahid namizədi, birinci qrup Qarabağ əlili Məmmədov Əbdül Cəlal oğlu həmin dairədə baş verən seçki saxtakarlıqları ilə bağlı MSK-ya şikayət təqdim edib. ADP mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, şikayət ərizəsində külli miqdarda qanun pozuntularına yol verilməsi qeyd edilib. Belə ki, həmin dairələrin 31, 32 məntəqələrində qadın məntəqə komissiya sədrlərinin səlahiyyətlərini onların həyat yoldaşları icra edib. Səslərin sayılması yalnız bir məntəqədə həyata keçirilib. Səsvermədə komissiya sədri Ə.Məmmədova 142 səs verildiyini elan etsə də protokolda onun adına yalnız 4 səs qeyd olunub. Yerdə qalan bülletenlərin heç birində bülletenlər sayılmayıb. Seçkidən qabaq namizədin müşahidəçiləri müşahidəçi çoxluğu adı altında qeydə alınmayıb. Faktiki olaraq seçici siyahısında saxtakarlıq aparılıb və seçkiyə gəlməyən vətəndaşların adından bülletenlər qutulara doldurulub. 200-300 nəfər faktiki olaraq yaşayış yerini tərk etmiş vətəndaşların adından səs verilib. Şikayət MSK-da araşdırılır. 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən Qarabağ Blokunun vahid namizədi, Qarabağ və Əfqanıstan döyüşlərində əlil olmuş M. Seyidov dairə ərazisindəki saxtakarlıqlarla bağlı MSK-ya müraciət edib. Müraciətdə seçicilərin böyük əksəriyyətinin faktiki olaraq yaşamadığı məntəqə ərazilərində 80 faiz seçicinin iştirak etməsi və hakim partiyanın xeyrinə saxtakarlıq edilməsi qeyd olunub. 34 saylı Xətai ikinci seçki dairəsindən Qarabağ Blokunun vahid namizədi Z.Hüseynov da daxil olmaqla həmin dairədən namizədliyi irəli sürülmüş digər 6 namizəd seçki saxtakarlığı ilə bağlı bəyanatla çıxış edib. Baş verən total saxtakarlıqla bağlı həm DSK-ya, həm də MSK-ya tərtib edilmiş 30-dan artıq akt və saxtakarlıqları əyanı sübut edən video görüntülərlə birlikdə şikayət təqdim ediblər. Dünən mətbuata verdiyimiz məlumata görə 21 saylı Nəsimi birinci seçki dairəsindən Qarabağ blokundan vahid namizəd, ADP sədri S.Cəlaloğlu dairə ərazisindəki məktəb və bağça müəllimlərinin mütəşəkkil şəkildə seçki saxtakarlığında iştirak etmələri ilə bağlı təhsil naziri M.Mərdanova məktub göndərib. Aldığımız məlumata görə seçki məntəqələrinin sədri olan məktəb direktorları həmin məktəblərdə işləyən və özləri tərəfindən müstəqil müşahidəçi kimi seçkilərdə iştirak etmək üçün müəyyənləşən müəllimələrə seçkilərin demokratik keçirilməsi ilə bağlı tərtib edilmiş aktlara işdən qovulma təhdidi ilə imza atmağa məcbur edilir. Bununla yanaşı məntəqələrin yerləşdiyi məktəblərin seçkidə iştirak edən və etməyən müəllimləri 21 saylı seçki dairəsinə çağırılaraq orada seçkilərin demokratik keçirilməsi ilə bağlı aktlar tərtib edərək onlara imza atmağa məcbur edirlər. Belə ki, konkret olaraq bu gün saat 132-14 radələrində 247 saylı məktəbin müəllimlərinin dairədə olması təsbit edilib. Bu biabırçı faktla bağlı yerində yoxlanılması üçün ATƏT-in müşahidə missiyasına məlumat verilib. 9 saylı Binəqədi ikinci seçki dairəsindən Qarabağ Blokundan namizədliyi irəli sürülmüş T.Əliyev həmin dairədə total saxtakarlıqla müşahidə olunan seçkilərin nəticəsinin ləğv edilməsi ilə bağlı MSK-ya şikayət təqdim edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA