71 saylı dairədə orjinal etiraz aksiyası

img

10-11-2010 [12:07]


[b]Seçicilər seçki hoqqabazlığında daha fəal rol oynamış şəxslərin yaşadıqları evlərin qapısna qırmızı yaylıq bağlayıblar[/b] 7 noyabr parlament seçkiləri başa çatsa da seçkinin əks-sədasının hələ eşidiləcəyi ilə bağlı əminliklə proqnoz vermək olar. Təbliğat-təşviqat kampaniyası və səsvermə günündə baş verənlər siyasi leksikonu yeni ifadələr və terminlərlə zənginləşdirməklə yanaşı artıq lətifələrə də yol açıb. Bütün bunların fonunda seçki saxtakarlıqlarına qarşı otjinal ictimai təpkilər də diqqət çəkir. Bu seçkilərdən sonra ənənəvi kütləvi etiraz aksiyalarının, küçə və meydanlarda toqquşmanın şahidi olmasaq da orjinal etiraz formalrı kifayət qədərdir. Bu maraqlı etiraz aksiyalarından biri də 71 saylı Masallı kənd seçki dairəsində seçicilərin öz təşəbbüsü ilə baş verib. Təbliğat-təşviqat mərhələsində baş verən qanunsuzluqlara təmkinlə yanaışıb dözən seçicilər, səsvermə günü görüdükləri hoqqabazlığa səbr edə bilməyiblər. Səsvermə gününün sabahısı saxtakarlıqda. Seçki hoqqabazlığında daha fəal rol oynamış şəxslərin, yerli ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, məktəb direktorlarının, büdcə təşkilatlarının rəhbərlərinin, bəzi DSK üzvlərinin yaşadıqları evlərin qapısna qırmızı yaylıq bağlayıblar. Bu dairə ərazisində yaşayan mənbəmizin məlumatına görə, bu orjinal aksiya dairənin əhatə etdiyi bir neçə kənndə baş tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA