KXCP də seçkilərin nəticələrini tanımadı

img

11-11-2010 [02:34]


Klassik Xalq Cəbhəsi Partiyası(KXCP) və onun siyahısı ilə seçkiyə qatılmış Demokratiya Uğrunda İttifaqın digər üzvləri - Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası, Azadlıq Partiyası və Milli Qurtuluş Partiyası ölkədə parlament seçkilərini baş tutmamış sayır. Partiyadan MİA-ya verilən xəbərə görə, KXCP seçki prosesini dəfələrlə dəyərləndirərək, hadisələrin gedişatında respublika ərazisində baş verən kütləvi qanun pozuntuları barədə bir neçə dəfə məlumat verib. Partiya bəyanatında iddia edir ki, icra strukturlarının seçki prosesinə müdaxilə etməsinin yolverilməzliyinə baxmayaraq, seçkinin bütün mərhələlərində icra hakimiyyəti qurumları maraqlı tərəf kimi prosesə kəskin müdaxilə edərək hakim partiyanın ictimaiyyətə rəsmi namizədlər siyahısı ilə bərabər, qeyri-rəsmi olaraq hakimiyyət tərəfindən tam dəstəklənən siyahı təqdim edib. Eyni zamanda 4 dəqiqəlik debat və polemika aparmaq imkanların məhdudlaşdırıldığını və seçki qanununa zidd olaraq namizədlərin şərəf və ləyaqətini alçaldıcı ifadələrdən istifadə edildiyini, onların təmsil etdikləri siyasi partiyaların fəaliyyətinə və mövqeyinə yalan və böhtan söyləmələrini, parlament seçkiləri olmasına baxmayaraq prezidentin siyasət və fəaliyyətlərindən arqument kimi istifadə etdiklərinə etiraz bildiriblər: ?Seçki günü saxtakarlıq edilərək, məntəqələrin məqsədli olaraq düzgün təşkil olunmaması, ?karusel əməliyyatı?, seçki qutularına topa-topa bülletenlərin atılması, müşahidəyə qəti surətdə imkan verilməməsi ilə bütövlükdə hakimiyyət orqanlarının, bələdiyyələrin və seçki komissiyalarının birgə nəzarəti altında saxtalaşdırılıb. Bütün bunları nəzərə alaraq KXCP Milli Məclisə keçirilən seçkilərin nəticələrini tanımır, bu seçki nəticəsində formalaşacaq parlamenti qeyri-legitim hesab edir və yeni seçkilərin keçirilməsini tələb edir? .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA