ADP gəncləri aksiya keçirəcək

img

13-11-2010 [02:17]


ADP Gənclər Təşkilatı qarşıdan gələn Dirçəlış günü münasibəti ilə dinc aksiya keçırməyi planlaşdırır. Bu barədə MİA-ya ADP mətbuat xidmətindən məlumat daxil olub. Verilən məlumata görə, Azərbaycan Respublikasının Konsititusiyasının 49-cu maddəsini və Sərbəst Toplaşmaq Haqqında AR Qanununun tələblərini rəhbər tutaraq ADP GT 17 noyabr 2010-cu ildə 50 nəfərin iştirakı ilə saat 13.00-dan 13.30-dək Dirçəliş Günü münasibəti ilə Gənclər meydanında dinc aksiyanın keçirilməsi məqsədi ilə Bakı şəhər İH-nə müraciət ünvanlayıb. Müraciəti partiyanın gənclərlə iş üzrə sədr müavini Cəmil Hacıyev və gənc fəallar Kamal Hüseyn, Orxan Hüseynov imzalayıb. Müraciətdə aksiyanın təhlükəsizliyi ilə əlaqədar irəli gələn məsələlərin həlli tələb edilib. Qeyd edək ki, bu son bir ay ərzində gənc ADP-çilərin Bakı şəhər İH-nə ünvanladığı ikinci müraciətdir. Belə ki, ADP gənclərinin 04.11.2010-cu ildə 9 noyabr Bayraq günü üçün etdiyi müraciətə Bakı İH müsbət cavab verməmiş və aksiya üçün Binəqədi qəsəbəsindəki idman sağlamlıq kompleksinin stadionunu, Xətai rayon Ziğ yolu yaxınlığında olan meydançanı və Səbayel rayonu 20-ci sahə Elçın Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətini göstərmişdi. Xatırladaq ki, ADP-çilər aksiya üçün Sahil bağını seçmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA