Müxalifətin seçkilərə birgə qiyməti sərt oldu

img

10-11-2010 [02:03]


Parlament seçkilərində iştirak edən bir sıra müxalifət partiyaları seçkilərin nəticələri ilə bağlı birgə bəyanatla çıxış ediblər. Müsavat partiyasının mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda bildirilir ki, Milli Məclisinə seçkilər zamanı seçkiqabağı demokratik şərait, seçki kampaniyası dövründə bərabərhüquqlu rəqabət imkanları olmayıb. Sərbəst toplaşmaq, söz və mətbuat, ifadə azadlığının, o cümlədən seçki kampaniyası dövründə təbliğat və təşviqat imkanlarının məhdudlaşdırılması seçkinin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərdiyini bildirən müxalifətçilər seçki prosesinin bütün mərhələlərinin kütləvi qanun pozuntuları ilə keçirilib: ?Administrativ resurs hakimiyyətin dəstəklədiyi namizədlərin müdafiəsinə yönəldildi. İcra strukturları, hüquq-mühafizə orqanları qeyri-qanuni olaraq seçkilərin gedişinə zorakı müdaxilə etdi. 7 noyabr 2010-cu il seçkiləri azad, ədalətli, bərabər, şəffaf seçkilər olmadı. Həmçinin səsvermənin həqiqi nəticələri kobud şəkildə saxtalaşdırıldı. Bu səbəblərə görə hesab edirik ki, 7 noyabr seçkilərinin rəsmən elan olunmuş nəticələri Azərbaycan xalqının iradəsini ifadə etmir. Beləliklə, bu seçkinin nəticələri tanına və bu seçkilər vasitəsi ilə formalaşdırılan parlament legitim sayıla bilməz. Yuxarıda göstərilənləri əsas tutaraq bu bəyanatı imzalayan siyasi partiyalar və birliklər 7 noyabr Milli Məclisə seçkilərin nəticələrini tanımadıqlarını bəyan edir və bu nəticələrin ləğv edilməsini və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər?. Bəyanat müəllifləri bildiriblər ki, seçkilər hakimiyyətin demokratik islahatlar yolu ilə təkamül potensialına malik olmadığını göstərib: ?Seçkilərindən sonra real müxalifətin parlamentdə təmsil edilməsinin qarşısının qanunsuz yolla alınması ilə xarakterizə edilən yeni siyasi situasiyada demokratiya uğrunda ümumxalq hərəkatını təşkil etmək, demokratik qüvvələrin və onların sosial bazasının inteqrasiyası, siyasi fəallığın yüksəldilməsi, beynəlxalq demokratiyanın dəstəyinin qazanılması müxalifətin və ölkənin digər mütərəqqi qüvvələrinin prioritet fəaliyyət istiqamətlərini təşkil edəcək. Bu bəyanatı imzalayan siyasi təşkilatlar və birliklər seçkilərin nəticələrinin ləğvi və ədalətin bərpası naminə yeni seçkilərin keçirilməsi üçün ardıcıl və sistemli iş aparacaqlar?. Bəyanatı Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal, Xalq, Azadlıq, Böyük Azərbaycan, Müsavat partiyalarının rəhbərləri və ReAL hərəkatının həmtəsisçisi İlqar Məmmədov imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA