AiDP 7 noyabr seçkilərinin saxtalazdırıldığını bəyan etdi

img

11-11-2010 [12:29]


?Azərbaycanda 7 noyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı söylədiklərimiz və proqnozlarımız düz çıxdı. Biz hələ seçki ilə bağlı proseslərə start verilməmişdən seçkinin qeyri-demokratik keçəcəyini bəyan etmişdik. Və islamçı demokratların seçkiyə qatlımamasının bir səbəbi də elə bu idi?. Bu fikri 7 noyabrda keçirilmiş parlament seçkilərinə münasibət bildirən AİDP sədri hacı Tahir Abbaslı deyib. Onun sözlərinə görə, AİDP olaraq seçkinin əvvəlki seçkilərdən də qeyri demokratik şəraidə keçəcəyini bəyan ediblər: ?Biz bildirmişdik ki, bu seçkidə də saxtakarlıqlara yol veriləcək. Bundan başqa iqtidarın bu dəfə parlamentə müxalifətçi buraxmayacağını da bəyan etmişidik. Demişdik ki, parlamentə müxalifət pencəyi geyinmiş şəxslər buraxılacaq. Belə də oldu. Təbii ki, bunu seçki saxtakarlıqları ilə həyata keçirdilər. Onu da qeyd etmişdik ki, beynəlxalq müşahidəçilər seçki ilə bağlı loyal münasibət sərgiləyəcəklər. Bu proqnozumuz da özünü doğrultdu?. Ümumilikdə AİDP olaraq seçkinin nəticələrinin saxtalaşdırıldığını bəyan edən T. Abbaslı hesab edir ki, müxalifət bundan ciddi nəticə çıxarmalıdır: ?Biz bunu 2003 prezident, 2005 parlament seçkilərində də demişdik. Amma təssüflər olsun ki, özünü ana müxalifət sayanlar bizim bu iradımızı qəbul etmədilər. Biz demişdik ki, müxalifət xalqın içinə çıxmalıdır. Onun siyasi cəhətdən maariflənməsi istiqamətində işlər görməlidir. Amma onlar bizim bu təklifimizi qəbul etmədilər?. ?AXCP-Müsavat bloku və bir sıra müxalifət partiyaları seçkinin saxtalaşdırılması ilə bağlı bəyanata imza atıblar. Həmin bəyanata AİDP də qoşula bilərmi? sualının cavabında AİDP sədri bunu mümkün sayıb: ?Bizim münasibətimiz ortadadır. Biz seçkinin hakim partiya tərəfindən saxtalaşdırıdığını bəyan edirik. Bəyan edirik ki, indiyə qədər Azərbaycanda belə saxta seçki keçirilməmişdi. Bu mənada sözügedən qüvvələrlə fikrimiz üst-üstə düşür. Amma həmin qüvvələr bizi öz sıralarında görmək istəyirlərsə bizim verdiyimiz təkliflərə də biganə qalmamalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA