isa Qəmbər və Əli Kərimli ATƏT müzahidə missiyasının rəhbərinə iradlarını bildiriblər

img

10-11-2010 [02:41]


Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkiləri müşahidə etmiş missiyasının rəhbəri xanım Odri Qlover Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüşüb. Müsavat Partiyasının mətbuat xidmətindən MİA-ya verilən məlumatına görə, görüşdə parlament seçkiləri, beynəlxalq təşkilatların seçkinin nəticələrinə münasibəti və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı vəziyyət əsas müzakirə mövzusu olub. ATƏT nümayəndəsinə bəzi iradlar bildirilib və təklif olunub ki, beynəlxalq təşkilatlar Azərbaycan iqtidarına öz mövqelərini bir qədər sərt şəkildə çatdırsınlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA