MSK növbəti iclasında seçkilərlə əlaqədar daxil olmuz müraciətlərə baxılıb

img

13-11-2010 [11:09]


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən növbəti iclasında noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb. İclasda bildirilib ki, səsvermə başa çatandan sonra müraciət edən bəzi namizədlər standart şikayət formasından istifadə edir, ərizədə yalnız dairənin adını dəyişməklə komissiyaya şikayət göndərir. Bu zaman isə bəzi hallarda texniki səhvlərə yol verirlər. Məntəqə, yaxud da namizədin adı düzgün göstərilmir. MSK sədri bəzi namizədlərin şikayətlərinin məhz üzvlər tərəfindən quruma daxil edilməsini ?paçtalyonluq? adlandırıb və bunun düzgün olmadığını bildirib. Ümumilikdə iclasda 31 müraciətə baxılıb. Onlardan 26-nın araşdırma müddəti uzadılıb, 4-ü əsassız sayılaraq təmin edilməyib. Bir müraciətə isə araşdırma predmeti qalmadığından xitam verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA