Fərəc Quliyev: ?Rəqiblərim uduzmağı bacarmadıqlarına görə cığallıq edirlər?

img

10-11-2010 [12:49]


Bu gün Milli Dirçəliş Hərəkatının sədri, 31 saylı Suraxanı ikinci Seçki Dairəsi üzrə parlament seçkilərinin qalibi Fərəc Quliyev Media Mərkəzində 7 Noyabr 2010-cu il tarixində baş tutmuş Parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. MİA-nın xəbərinə görə, F.Quliyev öncə seçki kampaniyasında ona və seçki qərargahına dəstək verən seçicilərə və media nümayəndələrinə təşəkkürünü bildirib. F.Quliyev seçkinin nəticələrindən və sonrakı proseslərdən də söz açıb: ?Öncə onu demək istəyirəm ki, 125 dairə arasında ən demokratik seçki 31 saylı Suraxanı ikinci Seçki Dairəsində keçirilib. 28 məntəqədən yalnız 8-də rəqibim Əli Kərimli qalib gəlib. Lakin bu gün rəqiblərim məni müxtəlif saxtakarlıqlarda ittiham edirlər. Amma demək istəyirəm ki, həmin fikirlərin hamısı əsassızdır. Mənə elə gəlir ki, uduzmağı da bacarmaq lazımdır. Sadəcə olaraq, rəqiblərim uduzmağı bacarmadıqlarına görə cığallıq edirlər. Onlar nə qədər bu yolu tutsalar da, mən, qarşı tərəfin təhqir olunmasına yol verməyəcəm. Mən əvvəlcədən bəyan etmişdim ki, seçkinin demokratik keçirilməsi üçün səylərimizi birləşdirməliyik. Hər kəs demokratik seçkinin keçirilməsinə çalışmalıdır. Amma bəzi rəqiblərim buna dəstək vermədilər. Nə yaxşı ki, bizim dairədə seçki tam demokratik şəraitdə keçdi. Bu mənada, mənim qələbəmə kölgə sala bilməyəcəklər?. Daha sonra jurnalistlərin suallarını cavablandıran F.Quliyev Ə.Kərimlinin 19 protokola görə qalib olması ilə bağlı dünən verdiyi açıqlamaya aydınlıq gətirdi: ?Düzü, mən bilmirəm ki, o, hansı protokoldan danışır. Əldə olan protokollar məlumdur. 28 məntəqənin nəticələrini əks etdirən protokollara görə, ümumən mən qalibəm. 28 məntəqənin 20-də protokollarda mənim qalib olduğum əks olunub. Əgər mənim xeyrimə hər hansı saxtakarlıq cəhdi olsaydı, bunu hərbi hissəsinin olduğu məntəqədə edərdilər, amma Əli Kərimli əsgərlərlə görüşmədiyi, orda hər hansı təbliğat aparmadığı halda, o dairədə cüzi fərqlə mənə uduzdu. Əgər saxtakarlıq olsaydı, qapalı bir yer kimi orda saxtakarlıq edilərdi. Bu səbəbdən də mənim qələbəm halal qələbədir?. Sonda seçki günü Əli Kərimlinin müşahidəçilərinin məntəqədə yol verdikləri qanun pozuntularını əks etdirən video-görüntü nümayiş etdirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA