AMiP beynəlxalq müzahidəçilərin seçki ilə bağlı rəyinə etiraz etdi

img

10-11-2010 [12:10]


7 noyabr Azərbaycanda keçirilən parlament seçkilərinə beynəlxalq müşahidəçilərin verdiyi ilkin rəy Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən etirazla qarşılandı. AMİP hesab edir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun (ATƏT/DTİHB), ATƏT-in Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin (AP) Milli Məclis seçkilərinin ilkin faktlar və nəticələrə dair bəyanatı həmin qurumların prinsiplərinə zidd olaraq Azərbaycan hakimiyyətinin istəyinə uyğun, reallıqdan uzaq və birtərəfli hazırlanmışdır. Bəyanatda 7 noyabr seçkilərinin ölkənin demokratik inkişafında irəliləyiş kimi xarakterizə edilməsi, müşahidə aparılan məntəqələrin 90%-də səsvermənin müsbət qiymətləndiilməsi, zorakılıq hallarının olmaması, bütün müxalifət üzvlərinin MSK-da öz yerlərini tutması və bu kimi fikirlərin əksini tapması təəccüb doğurmaya bilməz. Beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə və demokratik dəyişikliklərə bu cür bəsit , səthi yanaşması bir daha sübut etdi ki, bəyanata imza atan həmin qurumlar üçün Azərbaycan xalqının rəyi və istəyi deyil, özlərinin siyasi və iqtisadi maraqlarının gerçəkləşdirilməsi önəmlidir. Sərgilənən belə mövqe isə demokratiyanın təminatçısı funksiyasını üzərinə götürmüş ATƏT, AŞPA, Avropa Parlamentinə cəmiyyətdə inamsızlığa və haqlı narazılıqlara rəvac verir. Müşahidəçilərlə təmsil olunmuş beynəlxalq təşkilatların yeni seçilmiş parlament və hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirməsini AMİP yeni formalaşdırılmış parlamentin legitimləşdirilməsi kimi qiymətləndirir və buna təəssüflənir. AMİP ölkədə keçirilən 7 noyabr parlament seçkilərini bir daha ədalətsiz, qeyri-şəffaf, total saxtakarlıq və kütləvi qanun pozuntuları ilə keçirildiyini bəyan edir və deynəlxalq qurumları Azərbaycanda keçirilən parlament seçkilərinə obyektiv qiymət verməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA