Zəlimxan Məmmədli namizəd olduğu dairənin nəticələrinin ləğvini istəyir

img

09-11-2010 [11:46]


7 noyabr 2010-cu il keçirilən parlament seçkilərinin demokratik keçiriləcəyi ilə bağlı prezident İlham Əliyev, MSK sədri M.Pənahov və digər rəsmilərin verdikləri nikbin bəyanatlar təəssüf ki, özünü doğrultmadı. Əksinə, 33 saylı Xətai birinci seçki dairəsində bu vaxta qədər keçirilmiş seçkilərlə müqayisədə misli görünməmiş saxtakarlıqlarla müşayiət olunan seçki məzhəkəsinin şahidi olduq. MİA-nın xəbərinə görə, bu barədə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Zəlimxan Məmmədlinin seçki qərargahının yayadığı bəyanatda qeyd olunub. Bəyanatda bildirilir ki, seçki prosesində aşağıdakı qanun pozuntuları olub. - Barmaqların rənglənməsi və yoxlanılması ciddi aparılmamış, müşahidəçilər əksər məntəqələrdə bu prosesdən kənarlaşdırılmış, təşkil olunmuş qrupların gəlişi zamanı isə bu prosedur heç aparılmamış; - Başqa ünvanlarda yaşayan insanların səs verməsinə həm də təkrarən səs vermələrinə xüsusi şərait yaradılmışdır; - Az yaşlı uşaqların seçkiyə cəlb olunması; - Bir kabinədə iki nəfərin səs verməsi - Təkrarən səs vermə halları (karusel sistemi); - Məntəqə sədrinin rəhbərliyi ilə bülletenlərin seçki qutularına məntəqə üzvləri tərəfindən tökülməsi; - Seçki qurtardıqdan və qutular açılan zaman məntəqə üzvləri tərəfindən seçki bülletenlərinin külli miqdarda seçki büllütenlərinə qatılması; - 25 məntəqədə səsvermədə faktik iştirak edənlərlə seçki qutularından çıxan bülletenlər arasında 300-500 say nisbətində fərqin yaranması; - Məşvərətçi səs hüquqlu komissiya üzvlərininə məntəqə sədri, üzvlər YAP-ın müşahidəçiləri və şəxsiyyəti bəlli olmayan kənar şəxslər tərəfindən təzyiqlərə məruz qalma halları; - Icra nümayəndələri və bələdiyyə işçiləri seçkiyə birbaşa və dolayı yolla müdaxilə etmələri; - MnSK sədrləri tərəfindən məşvərətçi səs hüquqlu komissiya üzvlərinə qutulara bərabər sayda bülletenlər atmaq barədə cinayət xarakterli təkliflərin edilməsi; - DSK sədri və MnSK sədrlərinin birtərəfli qaydada YAP namizədini müdafiə etmələri; - Vəkillər, Komissiya üzvləri, müşahidəçilərə və deputatlığa namizədlərə qarşı zarakılıq hallarının olması və s. Beləliklə, 33 saylı Xətai birinci seçki dairəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin əksər maddələri kobud surətdə pozulmuş və seçkinin nəticələri saxtalaşdırılmışdır. Seçki Qərargahı bəyan edir ki, tərəfimizdən aparılan tədqiqatlar nəticəsində Zəlimxan Məmmədli tam qalib olmuş, ancaq seçkilər YAP-ın namizədi Mirələmov Hüseynbalanın xeyrinə saxtalaşdırılaraq ?qalib? elan etmişlər. Müşahidəçilərin verdiyi məlumatlara, tərtib etdiyi aktlara, vəkillərin, məşvərət səs hüquqlu komissiya üzvlərinin müşahidələrinin nəticələrinə əsaslanaraq seşki qərargahı bəyan edir: - 7 noyabr 2010-cu il 33 saylı Xətai birinci Seçki Dairəsindəki seçki nəticələri saxta hesab edilsin və nəticələri tanınmasın, nəticələrin ləğv edilməsi tələb edilsin, - MSK-dan bununla bağlı hüquq müstəvisində qiymət vermək tələb olunsun, - Total seçki saxtakarlığı Demoktatik qurumlar və Beynəlxalq müşahidəçilərin nəzərinə çatdırılaraq bu prosesə biganə qalmamaları tələb edilsin

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA