Əli Kərimli: "AXCP və Müsavatın bir partiyada birləzməsinin tam zamanıdır"

img

15-11-2010 [11:04]


"İndi AXCP və Müsavatın bir partiyada birləşməsinin tam zamanıdır. Bu birləşmədən yaranacaq böyük partiya rejimlə mübarizənin əsas avanqardı missiyasını həyata keçirə bilər". MİA-nın xəbərinə görə, bu fikirlərin müəllifi olan AXCP sədri Əli Kərimlinin sözlərinə görə, bu birlik çoxsaylı partiya və ictimai qrupları da özünə birləşdirməklə Milli Azadlıq Hərəkatının minlərlə fəalını yenidən aktiv siyasi mübarizəyə qoşa bilər. Siyasətə yeni qoşulmaq qərarı vermiş çoxsaylı gənclərin seçimi ola bilər: "Ölkədə geniş demokratik dəyişikliklər uğrunda ümumxalq hərəkatına ehtiyac var. Köklü dəyişiklik istəyən siyasi partiyaları, haqsızlıqla qarşılaşmış müstəqil namizədləri, azadlıq istəyən mətbuat təmsilçilərini, həqiqi demokratiya arzulayan vətəndaş cəmiyyəti fəallarını, gənc liderləri bir araya gətirən, onların gücünü, resursunu, potensialını birləşdirə bilən vətəndaş hərəkatı yaradılmalıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA