Qulamhüseyn Əlibəylinin seçki kapmaniyasına maneələr yaradılır

img

04-11-2010 [04:08]


69 saylı Biləsuvar-Cəlilabad-Masallı Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Aydınlar Partiyasının sədri, ?Qarabağ? Seçki blokunun həmin dairə üzrə vahid namizədi Qulamhüseyn Surxay oğlu Əlibəylinin təbliğat-təşviqat kampaniyasına yerli icra strukturları hər vasitə ilə mane olur. Namizədin seçki qərargahından MİA-ya verilən məlumata görə, yaradılmış qeyri-saglam rəqabət mühiti, icra strukturlarının seçkiyə kobud müdaxiləsi, həmin dairədə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edən, ?Demokratiya? Seçki Blokunun namizədi Fəzail İbrahimlinin xeyrinə inzibati resursların işə salınması, Q.Əlibəylinin vəkillərinin hədə və təhdidlərə məruz qalması deməyə əsas verir ki, bu dairədə seçkinin nəticələri saxtalaşdırılacaq. Artıq hər 3 rayon rəhbərliyi səviyyəsində icra qurumlarına, dairə və məntəqə seçki komissiyalarına F.İbrahimlinin xeyrinə nəticələri saxtalaşdırmaq, hətta hansı faizlə qalib elan edilməsi barədə tapşırıqlar verilib. Tapşırıqdan imtina edənlər işdən çıxarılma və həbslə hədələnir. Aydınlar Partiyası belə hesab edir ki, bu qanunsuzluqlar 69 saylı dairədə seçkinin demokratik keçirilməsini şübhə altına almaq üçün yetərincə əsaslar verir. Aydınlar Partiyası bu qanunsuzluqları qətiyyətlə pisləyir və aidiyyatı qurumlardan 69 saylı dairədəki gözlənilən seçki saxtakarlığını qaldırmağı tələb edir. Aydınlar Partiyasıının MSK-dak səlahiyyətli nümayəndəsi Xanoğlan Əhmədov bununla bağlı rəsmu qurumlara rəsmi müraciət ünvanlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA