"Müxalifət nümayəndələri ictimai Televiziyada zoumen kimi çıxız edirlər"

img

02-11-2010 [03:05]


"Mən ötən 10 illik deputatlıq fəaliyyətim zamanı da bunu müşahidə etmişəm. Müxalifətdən olan deputatlar Milli Məclisin iclasının yalnız ilk yarım saatında ?görünürlər?, iclasın gündəliyinə dəyişikliklərlə bağlı təklif verirlər. İclasın davamında vətəndaşların, seçicilərin taleyüklü məsələləri, sosial problemləri ilə bağlı hansı qanun müzakirə olunsa, orada iştirak etmirlər. İclasın əvvəlindəki yarım saatda isə jurnalistlərin orada iştirak etməsinə görə çıxış edirlər. Müxalifətçilərin dediyini jurnalistlər qeydə alır. Yarım saatdan sonra jurnalistlər hərəsi bir tərəfə gedir, müxalifətçi deputatlar da görünmür, yəni, qanunların müzakirəsində iştirak etmir. Məsələn, saat 17.30-da sosial müavinətlərlə bağlı qanun müzakirə olunur, ancaq orada nə müxalifətçi deputat tapa bilərsən, nə də jurnalist". MIA-nın xəbərinə görə, bu sözləri YAP icraçı katibinin müavini Siyavuş Novruzov hakim partiyanın rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, müxalifətçiləri insanların taleyi deyil, şou maraqlandırır: "Yəni, şou göstərsinlər, jurnalistlər o şounu yazsın, çəksin, bunlar da həmin şounun nəticəsində ictimai-siyasi həyatda qalsınlar. Müxalifət nümayəndələri analoji olaraq İctimai Televiziyada da şoumen kimi çıxış edirlər. Bunlar nə siyasətçi, nə gələcəkdə Milli Məclis üzvü seçilə biləcək bir insan, nə də seçicinin, dövlətin qədrini bilən bir namizəd kimi çıxış etmirlər. Başlayırlar qışqırmağa, təhqirlər, böhtanlar, yalanlar danışmağa. Onlar ən ağlagəlməz yola qədər gedirlər. Onları daha çox şou maraqlandırır. Həm xaricdəki ağaları qarşısında, həm də ki, daxildə ?görüm kimdən nə isə əldə edə bilirəm? fikri ilə şou göstərirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA