Mirmahmud Mirəlioğlunun Seçki Qərargahı bəyanat yayıb

img

02-11-2010 [02:54]


42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd KXCP sədri Mirmahmud Mirəlioğlunun Seçki Qərarğahı bəyanat yayıb. MİA-ya daxil olan bəyanatda qeyd olunur ki, 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Mirmahmud Mirəlioğlu parlament seçkilərinə hazırlığın təbliğat-təşviqat kampanıyası çərçivəsində seçicilərlə çoxsaylı görüşlər keçirib. Bü görüşlər hazırda da keçirilir və kampanıyanın sonunadək davam etdiriləcək. Müxtəlif bəhanələrlə seçki komissiyaları və yerli icra orqanlarının müdaxilələrinə baxmayaraq olduqca izdihamlı kecən bu görüşlərdə hər dəfə yüzlərlə seçici iştirak edir, Mirmahmud Mirəlioğlunun çıxışlarını dinləyir və istər seçkilər, istərsə də Azərbaycanın köklü problemləri, o cümlədən Qarabağ məsələsi ilə bağli suallarına cavab istəyirlər. Hakimiyyətin təbliğat imkanlarının sərt şəkildə məhdudlaşdırmasına, birbaşa və dolayı yollarla seçicilərin Mirmahmud Mirəlioğlunun görüşlərinə qatilmasını əngəlləmək istiqamətində cəhdlərinə baxmayaraq, istər kütləvi, istərsə də məhəlli görüşlərə qatılan seçicilərin ardı-arası kəsilmir. Seçicilər dəstə-dəstə, axin-axın Mirmahmud Mirəlioğlu ilə görüşə gəlir, ona öz dəstəklərini ifadə edir, 7 noyabr seçkilrində aktiv olacaqlarının və ona səs verəcəcklərini bildirirlər. Bu gün 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Mirmahmud Mirəlioğlunun Seçki Qərarğahı Sumqayıt sakinləri üçün bir ümid yerinə çevrilib. Sosial-iqtisadi problemlərdən, məmur özbaşınalıqlarından, ölkədə tüğyan edən rüşvətxorluq və korrupsiyadan əziyyət çəkən insanlar Seçki Qərargahina pənah gətirir, Mirmahmud Mirəlioğlu ilə görüşür, şəxsı problemlərini, qayğılarını, eləcə də ölkə əhəmiyyətli məsələri qaldırır və deputat seçiləcəyi təqdirdə onların həllində Mirmahmud Mirəlioğlunun mühüm işlər görə biləcəyini bildirirlər. İndiyə kimi keçirilən 30-dan çox görüşdə minlərlə Sumqayıt sakini artıq seçimlərini etdiklərini, növbəti 5 ildə onları parlamentdə təmsil edəcək şəxsin Mirmahmud Mirəlioğlu olacağına əminliklərini ifadə edirlər. Seçki Qərərgahının mütəmadi olaraq keçirdiyi rəy sorğularının nəticələıri də göstərir ki, hakimiyyətin yaratdığı bütün süni maneələrə, təzyiq və məhdudiyyətlərə baxmayaraq, Sumqayıt sakinləri artıq öz seçimlərini ediblər və Mirmahmud Mirəloğluna öz millət vəkilləri kimi baxırlar. Keçirilən görüşlərin kütləviliyi bunu bir daha təsdiqləyir. Əldə olunmuş məlumatlar göstərir ki, hakimiyyət bütün seçkilərdə olduğu kimi bu dəfə də seçkinin nəticələrini öz istəyinə uyğun həll etmək niyyətindən hələ də əl çəkmək istəmir. 42 saylı Sumqayıt ikinci Seçki Dairəsində seçicilərin mütləq əksəriyyətinin Mirmahmud Mirəloğlunu dəstəkləyəcəyini yəqinləşdirən hakimiyyət orqanları bütün rıçaqları işə salaraq indidən M.Mirəlioğlunun qələbəsini, ona veriləcək səsləri oğurlamaq üçün tədbirlər görür. Mirmahmud Mirəlioğlunun Seçki Qərargahı bəyan edir ki, hakimiyyətin seçkiləri saxtalaşdırmaq, özünə yaxın namizədin qələbəsini təmin etmək istiqamətində cəhdlərinə baxmayaraq, seçkilərin saxtalaşdırılmasına, seçicilərin iradəsinin qırılmasına yol verilməyəcək. Seçki Qərargahi seçki günü bütün imkanlarını səfərbər edərək, 42 saylı Sumqayıt ikinci Seçki Dairəsində azad, ədalətli, nəticələrindən seçicilərin razı qalacağı bir seçkinin keçirilməsinə nail olacaq. Onu da qeyd edək ki, 42 saylı Sumqayıt ikinci Seçki Dairəsi beynəlxalq təşkilatların müşahidə missiyalarının diqqət mərkəzindədir. Müşahıdə Missiyasınin nümayəndələri Mirmahmud Mirəlioğlu ilə görüşlərində bu dairədə seçki təbliğatı kampaniyası zamani baş verənlərın onlar tərərfindən öyrənildiyini və prosesin gedişinin nəzarətdə saxlanıldığını bildiriblər. Eyni zamanda seçki günü beynəlxalq müşadidə missiylarının nümayəndələri bu dairədə seçki prosesimi yaxından izləyəcəklərini bəyan ediblər. Mirmahmud Mirəlioğlunun Seçki Qərarğahı bir daha bəyan edir ki, xalqın səslərini oğurlamağa vərdiş edənlər, 42 saylı Sumqayit ikinci Seçki Dairəsində seçkinin nəticələrini saxtalaşdirmaq istəyənlər bu dəfə öz məqsədlərinə nail ola bilməyəcəklər. Seçicilrin səsini qorumaq üçün qanunun yol verdiyi bütün vasitələrdən istifadə edəcəck, seçkilərin nəticələrinin saxtalaşdirilmasının qarşısı qətiyyətlə alınacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA