MSK daha iki seçki dairəsində səslərin hesablanmasını baza çatdırıb

img

08-11-2010 [11:15]


Mərkəzi Seçki Komissiyası daha iki seçki dairəsində səslərin hesablanmasını başa çatdırıb. MSK-nın rəsmi saytının məlumatına görə, 31 saylı Suraxanı I seçki dairəsi və 123 saylı Kəlbəcər seçki dairəsi üzrə bütün məntəqələrdən protokollar MSK-ya daxil olub. Səsvermənin nəticələrinə görə, 31 saylı Suraxanı I seçki dairəsi üzrə Fərəc Quliyev, 123 saylı Kəlbəcər seçki dairəsi üzrə isə Cavid Qurbanov qalib gəliblər. Digər dörd dairədə 51 saylı Qusar, 72 saylı Yardımlı-Masallı, 78 saylı Lerikə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələri üzrə səslərin hesablanması davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA