Hafiz Hacıyev Fuad Qəhrəmanlını məhkəməyə verdi

img

02-11-2010 [01:18]


Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AXCP sədrinin müavini Fuad Qəhramanlı ilə bağlı məhkəməyə müraciət edib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, H.Hacıyev 29 oktyabr 2010-cu ildə İTV-də namizədlərə ayrılmış pulsuz efir vaxtında Əli Kərimlinin debata gəlməməsini seçicilərə sayğısızlıq kimi qiymətləndirib. Onun səhəri gün isə 33 saylı Xətai seçki dairəsindən öz namizədliyini irəli sürmüş Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı canlı efirdə Hafiz Hacıyevin şərəf və ləyaqətini təhqir edib. Bununla bağlı Hafiz Hacıyev Fuad Qəhrəmanlı haqqında Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək, böhtana və təhqirə yol verən şəxsin hüquqi müstəvidə cəzalandırılmasını tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA