?Qarabağ? Bloku seçki saxtakarlğına qarzı çıxdı

img

08-11-2010 [02:59]


?Qarabağ? Seçki Bloku 7 noyabr 2010-cu il tarixdə keçirilən parlament seçkilərini tam şəkildə müşahidə etmək imkanından MSK vəDSK-nın qanunsuz müdaxiləsi ilə mərhum edildi. 100 dairə üzrə namizəd irəli sürən ?Qarabağ? Seçki Blokunun yalnız 30 namizədi DSK, 2 namizədi MSK, 3 namizəd isə Ali Məhkəmə tərəfindən qeydə alındı. Bu fikirlər Qarabağ blrkunun MİA-ya daxil olan bəyanatında yer alıb. Bəyanatda qeyd olunu: MSK əvvəlcədən ?Qarabağ? Seçki Blokunun respublika üzrə seçkilərdə iştirak hüququnu məhdudlaşdıraraq qanunları pozdu. Bununla həm də Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq İçtimai TV-də pulsuz efir vaxtından blok kimi istifadəsinə imkan vermədi. Təbliğat dönəmində də qeydə alınmış namizədlərimizə bir sıra dairələrdə ciddi problemlər yaradılaraq, Seçki Məcəlləsinin və Konistitutsiyanın prinsipləri pozuldu. 7 noyabr 2010-cu ildə səsvermə günü ?Qarabağ? Seçki Blokunun namizədlərinin qeydə alındığı əksər dairələrdə qanun pozuntuları kütləvi hal almış, seçicilərin mövqeyinə ciddi təsirlər olmuş, karusel üsulu ilə hakimiyyətə yaxın namizədlərin səsləri şişirdilmiş, gerçək nəticələr saxtalaşdırılmış, beləliklə də blokun, namizədlərin, həm də vətəndaşların hüquqları pozulmuşdur.?Qarabağ? Seçki Blokunun namizədlərinin iştirak etdiyi bir sıra dairələrdə DSK daha ciddi qanun pozuntularına yol vermiş,bununla da həmin dairələr də nəticələrin ləğv olunması üçün ciddi əsas yaratmışdır. ?Qarabağ? Seçki Bloku MSK-dan qanun pozuntularına və nəticələri ləğv edilməyə əsas verən dairələrdə nəticələrin ləğv olunmasını, aidiyyatı orqanlardan isə qanun pozuntusuna yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. ?Qarabağ? Seçki Bloku seçkilərə hazırlıq,qanunvericilik bazası, seçki təbliğatı və səsvermə ilə bağlı yaxın günlərdə daha geniş hesabatla çıxış edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA