Prezident Administrasiyasının qarzısında etiraz aksiyası

img

29-10-2010 [01:55]


Oktyabrın 29-də "8-ci kilometr" bazarında baş verən yanğından zərər çəkən satıcılar Azərbaycan Respublikası Prezident Administrasiyasının binası qarşısında aksiya keçiriblər. Aksiya iştirakçılarından bir neçə nəfər rəsmilər tərəfindən qəbul edilib və onlarla saat 14:00-dan sonra danışıqlar aparılacağı vəd olunub. Aksiyada 150-200 nəfər iştirak edir. İştirakçılar onlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsini tələb edirlər(ans). 8-ci kilometr bazarı kimi tanınan ticarət mərkəzində oktyabrın 25-də yanğın baş verib. Bazarın 4, 5 hektar ərazisi yanaraq külə dönüb.Bazarın yanması nəticəsində satıcılara ciddi ziyan dəydiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA