Deputatlığa namizəd Baz Prokurora, MSK sədrinə müraciət etdi

img

29-10-2010 [11:13]


109 saylı Balakən Seçki Dairəsindən (SD) deputatlığa namizəd Məhəmməd Nooyevin Seçki Qərargahı son günlər Qaynar.info saytında və digər informasiya vasitələrində yayılan qərəzli məlumatlarla bağlı bəyanat yayıb. MİA-ya daxil olan bəyanatda bildirilir ki, 109 saylı SD-dən Məhəmməd Nooyevin namizədliyi irəli sürüləndə bəzi dairələr onu öz iddiasından geri çəkilməyə məcbur etmək istədi. Məhəmməd Nooyev isə iddiasından geri çəkilməyəcəyini birmənalı şəkildə ortaya qoydu. Sonra Məhəmməd Nooyevi üzv olduğu yeni Azərbaycan Partiyasından xaric etməklə hədələdilər və gülünc bir qərarla onu partiya sıralarından çıxardılar. Bütün bu biabırçılıqlara və təzyiqlərə baxmayaraq Məhəmməd Nooyev öz seçki kampaniyasını uğurla davam etdirməkdə qərarlı olduğunu ortaya qoydu. Və rayonda bir neçə uğurlu görüşlər keçirdi. Belə olan təqdirdə Balakən rayonunun icra başçısı Məhəmməd Nooyevi yanına dəvət edərək ?yuxarının qərarını? ona çatdırdı: Nəyin bahasına olur-olsun Rəbiyyət Aslanova deputat olmalıdır. Məhəmməd Nooyev isə öz qərarını icra başçısına bildirdi: Məni heç nə ilə susdura bilməzsiniz. Balakəndə demokratik seçki keçirilməlidir. Məsələnin qəlizləşdiyini görən bəzi ?seçki və demokratiya? maklerləri Məhəmməd Nooyev haqqında qərəzli və iftira dolu informasiyalar yaymağa başladılar. Guya hansısa erməni saytı Azərbaycanda milli qarşıdurma yaratmağa cəhd göstərən yazı dərc edib və bu yazıdakı məlumatlar Məhəmməd Nooyev tərəfindən ötürülüb. Bu fikirləri hətta Rəbiyyət Aslanova da öz çıxışında təkrarlayıb. Haqqında deyilənləri böhtan, iftira, şantaj hesab edən Məhəmməd Nooyev bildirir ki, bütün bu böhtan dolu informasiyalar Rəbiyyət Aslanova tərəfindən yayılır. Rəbiyyət Aslanova 2005-ci ildə keçirilən seçkidə də uduzacağını bilib, əsas rəqibi Osman Gündüzovun namizədliyini məhkəmə vasitəsi ilə ləğv etdirmişdir. Məhəmməd Nooyevin Seçki Qərargahı bəyan edir ki, Rəbiyyət Aslanova başqa namizədlərə böhtan atmaqdansa yaxşı olar ki, dönüb öz şanlı keçmişinə baxsın. Rəbiyyət Aslanova guya ermənilərin Məhəmməd Nooyevi müdafiə etdiyini yazır. Bir daha Rəbiyyət Aslanovanın nəzərinə çatdırırıq ki, erməni dəyirmanına su tökənlər demokratik seçkiyə imkan verməyənlərdir. Biz demokratik seçki istəyirik. Bəyanatın sonunda bildirilir ki, deputatlığa namizəd Məhəmməd Nooyev haqqında yayılan iftira və böhtanlara görə Baş Prokuror Zakir Qaralova və MSK sədri Məzahir Pənahova müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA