Aydınlar Partiyasının namizədi Xaçmazda seçicilərlə görüzüb(r)

img

27-10-2010 [04:55]


[b]Araz Quliyev: ?Seçmək sizlərin-xaçmazlı seçicilərin məsuliyyətidir?[/b] 56 saylı Xaçmaz kənd seçki dairəsindən ?Qarabağ? blokundan deputatlığa vahid namizəd, Aydınlar Partiyasının Gənclər Komitəsinin sədri Araz Quliyev Xaşmazın Ortaoba, Seyidlər, Xanoba, Bostançı kəndlərində seçicilərlə görüş keçirib. Görüşlərdə çıxış edən namizədin vəkili Polad Mehdiyev bildirib ki, Araz Quliyevi xaşmazlı seçicilərə tanıtmağa ehtiyac yoxdur. Çünki Araz müəllim artıq 7-8 ildir ki, Xaçmaz camaatı ilə sıx təmasdadır. O, əsil vətənpərvər, sadə qəlbli insan, olduqca ziyalı və istedadlı bir gəncdir. Gənc olmasına baxmayaraq qısa, fəaliyyəti dövründə ona problemləri ilə bağlı müraciət edən hər kəsə kömək etməyə səy göstərib və bunların bir çoxuna da nail olub. Deputatlığa namizədin vəkili əminliklə əlavə edibb ki, məhz bu cür üstün keyfiyyətlərinə görə, Xaşmaz seçicilər noyabrın 7-də Araz Quliyevə səs verəcəklər. Çıxış edən deputatlığa namizəd Araz Quliyev ilk növbədə ona etimad göstərərək imza verən bütün seçicilərə öz minnətdarlığını bildirib. A.Quliyev bütün seçiciləri seçki günü məntəqələrə gəlməyə və layiq bildikləri namizədə səs verməyə çağırıb. ?Seşkilərə qatılan namizədlərdən birini seçmək sizlərin-xaçmazlı seçicilərin məsuliyyətidir. Əgər sizlər problemlərinizin həll olunmasını istəyirsinizsə və layiq olduğunuzu əldə etməyə hazırsınızsa mənim kimi gənc namizədlərə səs verin?-deputatlığa namizəd çıxışında qeyd edib. Görüşlər seçicilərin çıxışları ilə davam etdirilib və sonda A.Quliyev bütün sualları cavablandarıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA