VHP Ali Məclisinin sədri seçkidən geri çəkildi

img

25-10-2010 [03:09]


Azərbaycan Respublikası Milli Məclisinə 59 saylı Salyan seçki dairəsindən namizəd, VHP Ali Məclisinin sədri Rafiq Manaflı bəyanat verib. MİA-ya daxil olan bəyanatda marafondan geri çəkildiyini bildirən R.Manaflının sözlərinə görə, 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərin taleyi artıq indidən bəllidir. Onun firkincə, bu qənaətə gəlmək üçün namizədliyin irəli sürülməsi, qeydə alınması və təbliğat kampaniyasının gedişi proseslərini izləmək kifayətdir. R.Manaflı deyir ki, bütün respublika üzrə insanlara namizədliyini irəli sürməməsi üçün müxtəlif səpkili təzyiqlər edilir, yerli icra strukturları seçkiyə qatılmaq istəyən şəxsləri hədələmək, onların yaxınlarını və doğmalarını işdən çıxarmaq təzyiqi ilə xalqın seçkiyə inam və marağını azaltmaq yolunu seçiblər. R.Manaflı deyir ki, insanlara namizədliyini irəli sürməməsi üçün müxtəlif səpkili təzyiqlər edilir, yerli icra strukturları seçkiyə qatılmaq istəyən şəxsləri hədələmək, onların yaxınlarını və doğmalarını işdən çıxarmaq təzyiqi ilə xalqın seçkiyə inam və marağını azaltmaq yolunu seçiblər. ?Namizədliyin qeydə alınması prosesi daha ağrılı keçdi. Seçki Dairələrində yaradılan İşçi Qrupları tapşırıq əsasında bir çox şəxslərin imza vərəqələrindəki imzaları ?etibarsız? çıxararaq, onların qeydə alınmasında imtina etdi. Hətta iş o yerə çatdı ki, namizədliyin qeydə alınması üçün imza verən vətəndaşlara müxtəlif yollarla təzyiqlər edildi və onlardan məcburi qaydada imzasından imtina etməsiylə bağlı izahatlar alındı, onların Seçki Dairələrinə teleqramları təşkil edildi. Həmin izahatları və teleqramları ?əsas? götürən dairə seçki komissiyaları isə namizədliyin qeydə alınmasınından imtina etdi. Mərkəzi Seçki Komissiyası gözdən pərdə asmaq üçün bir neçə Dairə Seçki Komissiyasının qərarını ləğv edərək namizədi qeydə alsa da, seçki prosesindən müxtəlif təzyiqlər və ədalətsizliklərlə uzaqlaşdırılma faktlarının kütləviliyinin qarşısı alınmadı?. R.Manaflı bəyan edib ki, yuxarıdakıları nəzərə alaraq, bu seçki oyunuyla aparılan təyinatlarda vasitə olmamaq və qanunsuzluqlara etiraz kimi namizədliyini geri götürdüyünü bəyan edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA