Milli Dirçəliz Hərəkatının lideri Fərəc Quliyev seçicilərlə görüzür

img

22-10-2010 [11:55]


31 saylı Suraxanı II seçki dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyevin seçicilərlə görüşü uğurla davam etməkdədir. Bu barədə namizədin seçki qərərgahından məlumat verilib. Verilən məlumatda qeyd edilir ki, oktyabr ayının 19-da və 20-də Qaraçuxur qəsəbəsində keçirilən iki görüşdə üst-üstə 500 nəfərdən çox seçici iştirak edib. Bu gün saat 17:30-da seçicilərlə daha bir görüş keçirilməsi planlaşdırılıb. "Biz nəzərdə tutmuşuq ki, bu gün keçiriləcək görüşdə daha çox seçicinin iştirakını təmin edək. Apardığımız müşahidələr nəticəsində deyə bilərəm ki, bugünkü görüşə ən az 300 seçici qatılacaq." - bu sözlər Fərəc Quliyevin vəkili Fərəməz Novruzoğluna aiddir. Fərəməz bəyin dediyinə görə, seçicilər Fərəc bəylə görüşə xüsusi həvəs göstərirlər: "Bu faktın özü Fərəc bəyin qalib gəlmə ehtimalını xeyli yüksəldir. Məsələn, oktyabr ayının 19-da keçirilən görüşdə çəxsən iştirak etmişəm və insanların Fərəc bəyə nə qədər inamla yanaşdıqlarının şahidi olmuşam. Görüş Qaraçuxur qəsəbəsində, 48/49 saylı binanın qarşısında aşıq havada keçirildi. Görüşdə 250 nəfərdən çox seçici iştirak edirdi. Onların böyük əksəriyyəti sabiq hərəkatçılar və Qarabağ müharibəsi veteranları idi. Buna görə də müzakirə edilən əsas məsələlərdən biri Qarabağ problemi ilə bağlı oldu." Fərəməz bəy onu bildirdi ki, onlar bir daha rəqiblərinə bir-birinə qarşı tolerant davranmağı, mübarizəni etik normalar çərçivəsində aparmağı tövsiyyə edirlər: "Hər kəs öz proqramını ortaya qoysun. Seçici bu proqramlardan hansını bəyənsə, o proqramın sahibinə də səs verəcək. Bizim bu sahədə heç bir problemimiz yoxdur. Amma ortaya bir şey qoymayanlar güclərini rəqiblərinin təhqiri üzərində qururlar." Məlumat üşün bildirək ki, bu dairədən AXCP sədri Əli Kərimli də öz namizədliyini irəli sürüb. Bəzi müşahidələrə görə əsas mübarizə məhz bu iki namizəd arasında keçəcək. Fərəc Quliyevin vəkili də bu fikirdədir: "Əli Kərimlini əsas rəqibimiz saysaq da, ondan xeyli üstün olduğumuzu da söyləməliyəm. Fərəc bəyin seçki qərargahı olaraq bizlər bu seçkiyə uzun müddətdir ki, hazırlaşırıq. Həm təşkilati cəhətdən, həm seçicilərlə ünsiyyət qurmaqda, həm proqramımızın daha əhatəli və dolğun olmasına görə rəqibimizi geridə qoyuruq. Biz dəfələrlə rəqibimizə birgə görüşlər keçirməyi təklif etsək də, qarşı tərəf hər dəfə bundan imtina edib. Onu da qeyd etmək istəyirəm ki, biz bu mübarizəyə təkcə millət vəkili mandatı qazanmaq kimi baxmırıq. Biz Fərəc bəyin liderliyi altında yeni bir mübarizə başlatmışıq və deputat seçkisi bu mübarizənin yalnız ilk mərhələsidir."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA