ADP: ?Gülər Əhmədova MiS izçilərinin təzkilatçılığı görüzlər keçirir?

img

29-10-2010 [11:57]


?Qarabağ Bloku?nun 34 saylı Xətai ikinci seçki dairəsi üzrə vahid namizədi Zakir Hüseynovun verdiyi məlumata görə həmin dairədən YAP-dan olan namizəd Gülər Əhmədova MİS işçilərinin təşkilatçılığı və yaxından iştirakı ilə istədiyi yerlərdə görüşlər keçirir. Bu görüşlərin təşkilində Xətai rayon 6, 86, 94, 97 və 100 saylı MİS-lərin rəhbərləri və əməkdaşları xüsusi fəallıq göstərirlər. Zakir Hüseynova 87 saylı MİS rəisi tərəfindən məlumat verilib ki, Gülər Əhmədova seçiciləri ələ almaq məqsədilə adı çəkilən Mənzil İstismar İdarəsinin həyətinə tonlarla borular yığaraq həmin ərazidə kanalizasiya sisteminin dəyişdirilməsini vəd edib. ?Qarabağ Bloku?nun 13 saylı Xəzər birinci seçki dairəsindən olan vahid namizədi Əlixanov Novruz və 23 saylı Nəsimi-Səbail seçki dairəsindən vahid namizədi İlqar İsmayılovun namizədliklərinin qeydə alınmaması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə etdikləri şikayət qeyri-qanuni olaraq rədd edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA