Qızılın unsiyası 1400 dollara qədər bahalazacaq

img

20-10-2010 [03:02]


Gələn il qızılın bir unsiyası 8 faiz qalxaraq 1400 dollar olacaq. anspress-in məlumatına görə belə bir proqnozla ?UBS? bankının analitikləri çıxış edib. Bankın ekspertləri bildirir ki, 2010-cu ilin sonuna qızılın bir unsiyası 1228 dollar olacaq. Xatırladaq ki, bundan öncə verilən proqnozda bu rəqəm 1205 dollar göstərilirdi.Qeyd edilirdi ki, 2012-ci ildə bu qiymət indiki qiymətdən 6 faiz artıq 1250 dollar, 2013-ci ildə isə 5 faiz bahalaşaraq 1150 dollar təşkil edəcək. Hesabatda qeyd edilir ki, qiymətli metalın qalxmasına ciddi səbəb bu ilin avqust ayından bəri valyuta bazarında müşahidə olunan enmələrdir. Bu arada, ?J.P. Morgan Chase & Co?nun analitiklərinib fikrincə, 2011-ci ildə qızılın bir unsiyası 1400 dollar təşkil edəcək. Yeri gəlmişkən, onlar da daha əvvəl 2011-ci ildə bu qiymətli metalın bir unsiyasının 1250 dollar olacağını proqnozlaşdırmışdılar. Məlumat üçün bildirək ki, bahalı metalın hazırki qiyməti bir unsiyaya görə 1295 dollardır. İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, qızılın bahalaşması ?qiymətli metala? olan tələbatın artması ilə bağlıdır. Ekspert İqtisadi və Sosial İnkişaf Mərkəzinin qızılın qıymətində artımların davam edəcəyini proqnozlaşdırdığını xatırlatdı: ?Qızıla olan tələbatın artması təkcə qlobal maliyyə böhranının davam etməsi və böhranın ikinci fazasının başlaması ilə bağlı deyil. Qiymətli metalın istehsalının azalması da burada rol oynayır?. Mütəxəssis qızıl istehsalının azalmasının dünya bazarında qızıla olan tələbatın artmasına şərait yaratdığını söyləyir: ?Başqa tərəfdən bu gun nəinki investorlar qızıla sərmayə kimi baxır, aparıcı ölkələr də öz ehtiyatlarının bir hissəsini qızılda saxlamağa üstünlük verirlər.Qızıl rezervlərin saxlanması baxımından kifayət qədər rentabelli və gəlirlidir. Fikrimcə, Azərdaycanın dövlət rezervlərinin bir qisminin qızılda saxlanması vacibdir?. V.Bayramov dövlət rezervlərinin strukturuna qızılın daxil edilməsi və ilkin mərhələdə dövlət rezervlərinin ən azı 20 faizinin qızıl formasında saxlanmasını məqsədəuyğun sayır: ?Nəzərə alsaq ki qızılın qiyməti ilə bağlı proqnozlar yaxın illər üçün nibkindir, o baxımdan növbəti mərhələdə qızılla yığımları artırmaq olar. Hazırda isə rezervlərin ən azı 20 faizini qızıla çevirib rezervlərdə artımı daha da sürətləndirmək mümkündür?. Mütəxəssis qeyd edir ki, qızıl dollar, avro və ya manata nisbətən daha gəlirlidir: ?Yalnız son bir ildə qızılın dünya bazar qiyməti 28 faiz artıb. Bu kifayət qədər böyük rəqəmdir. Ötən 1 ay ərzində isə qızılın qiymətində 12 fazi artım baş verdib. İl ərzində dollarla saxlanılan rezervlərin, xüsusilə banklarda yerləşdirilən rezervlərin gəlirlik səviyyəsinə baxsaq onların gəlirlik səviyyəsi ilə dolların inflyasiyası arasında fərq olduqca azdır. Praktiki həmin vəsaitlər gəlir gətirmir, sadəcə konservativ yolla müdafiə olunurlar. O baxımdan dövlət , eləcə də Neft Fondunun rezervlərinin bir qsmini qızıla çevirib, ?qiymətli metalda? saxlanması məqsədəuyğun olar.Çünki, vəsaitlərin qiymətli qızılda saxlanması daha çox gəlir əldə etməyə imkan verir, nəinki hər hansı valyutada.Digər tərəfdən, inflyasiya dərəcəsi ilə müqayisədə pulun qızılda saxlanması rentabellidir?

Digər xəbərlər
SON XƏBƏRLƏR