23-05-2018 [16:47]
Bakıda marşrut avtobusunda qadına silahlı hücum edən şəxs hadisə yerində olan polis əməkdaşı tərəfindən tərk silah edilib.
Mia.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, mayın 22-də saat 22 radələrində "Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri” QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra "Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib. Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri-etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub. Mülki geyimdə olan Coşqun bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb. Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər.
Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək, onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb. Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə məlumat verib. Coşqun həmin şəxsi və maddi sübut kimi "Naqan” markalı tapançanı 7 ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib. C.Sadıqov deyir ki, qadın çox qorxduğundan hadisə yerindən uzaqlaşmışdı. Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı həmin şəxsin Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Sadıxov olduğu müəyyən edilib.
Sumqayıtda qaziləri aldadan şəxs qandallandı
"Sədərək"in sahibinin oğlunun evində nə baş verib? - 803 minlik qalmaqalla bağlı yeni xəbər var
Aygün Bəylərin bacısı: “Ləmanın üzr videosunu mənə göndərdilər” - "Bu cür insanlara baş qoşmuruq"
İlham Əliyev Bolqarıstan Prezidenti birgə bəyanat verdi, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI
“Müsavat Partiyası heç vaxt hakimiyyətlə..." - İsa Qəmbər iqtidarla gizli mandat bazarlığına gedib?
Azərbaycan Premyer Liqası: növbəti turun təqvimi açıqlanıb
Prezident İlham Əliyev sərəncam imzalayıb - TƏLTİF
TƏBİB-in hüquq departamentinin rəhbəri təyin edilib
Bolqarıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Şəhid Habil İsmayılov Lənkəranda dəfn olunub
Yağışlı hava davam edəcək - Xəbərdarlıq
Türkiyə META-nı cərimələdi - 1,2 milyard
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
Qadın qılığında ölkədən qaçmaq istəyən şəxs saxlanılıb - FOTO
Ramiz Mehdiyevə gizli məktubu üzə çıxan sabiq deputat: "Biz bu şantajçıları çoxdan udmuşuq"
Paşinyan Moskvaya gedib - Putinlə görüş olacaq
Baham adaları Fələstini dövlət kimi tanıyıb - Bəyanat
"Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur" - Rasim Balayev
Prokurorluq protest verdi, Ali Məhkəımə rədd elədi - General və sabiq rəislərin cinayət işi üzrə daha bir qərar verildi
Sakit okeandakı adada daha bir güclü zəlzələ olub - 6,1 bal gücündə
Məhkəmə Anar Məmmədli barədə daha bir qərar verdi
İsrail ordusu Livana daha 18 zərbə endirib
Sabahın hava proqnozu açıqlandı
Misirlə sərhəddə savaş: 35 fələstinli öldürülüb
Növbədənkənar parlament seçkiləri: AXCP, Müsavat... - Hansı partiyalar iştirak edəcək? (AÇIQLAMALAR)
Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub
"Qarabağ" və "Neftçi" klubları cəzalandırılıb
DİM sədrindən imtahanlarla bağlı açıqlama: "Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək"
Milli Məclis özünü nə vaxt buraxacaq? - Yeni iddia yayıldı
Partiya qərargahı atəşə tutulub
Nəsimi rayonunda futbol turniri keçirilib - FOTOLAR
Türkiyədə başsız meyit tapılıb - Kəllə hələ də axtarılır (FOTO)
Masallıda əməliyyat: saxlanılanlar var - FOTO
ABŞ-dan bir ilk - İsrailə bomba göndərilməsi təxirə salınıb
Ankarada daha 15 FETÖ üzvü saxlanılıb
Qəzzada savaş qızışıb: İsrail hərbçiləri bələdiyyə binasına od vurub, HAMAS yaraqlıları isə...
“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik" - Elçin Əmirbəyov
"Beşiktaş"dan Di Maria ilə bağlı açıqlama: "Gündəmimizdə deyil"
Şirvanda vətəndaşları aldadan şəxs tutulub - Açıqlama (FOTO)
Azərbaycan nefti ucuzlaşır