Əflatun Amazov Türkiyədə toplantıya qatılacaq

img

19-10-2010 [01:53]


Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Qəzetəçilər Federasiyasının illik toplantısına qatılacaq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə Şura sədri toplantıda Azərbaycan mətbuatının tarixi və bu günkü durumuna, Azərbaycan və Türkiyə media qurumlarının münasibətlərinə dair məruzə ilə çıxış edəcək. Ə.Amaşovun səfər çərçivəsində həmçinin Kayseridə ermənilərin azərbaycanlılara qarşı soyqımı ilə bağlı təşkil olunacaq sərgidə iştirakı da nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycandan Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına qatılacaq nümayəndə heyətinin tərkibinə MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı da daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR