Dillər Universitetində Azərbaycan bayrağı mövzusunda tədbir keçirildi

img

22-10-2010 [03:17]


Bu gün Azərbaycan Dillər Universitetində (ADU) ?Dünyanın ən uca bayrağı ? Azərbaycan bayrağı qürur mənbəyimizdir? mövzusunda tədbir keçirildi. Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın MİA-ya verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev sentyabrın 1-də Azərbaycanda dünyanın ən uca bayrağının qaldırılmasını söylədi. Bayrağımızın hər zaman yüksəkdə dayanmasının hər bir azərbaycanlı üçün şərəfli olduğunu söyləyən prorektor bayrağımızın ilk dəfə 1918-ci ildə - Azərbaycan Cümhuriyyəti dövründə ucaldığını xatırlatdı. O, rus imperiyasının əsarətindən qurtulandan sonra o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın yenidən ucaldığını söylədi. Sonra çıxış edən tarix kafedrasının müəllimi Namiq Kərimov bayrağımızın müqəddəs rəmzimiz olduğunu dedi. Üçrəngli bayrağımızın taleyinin heç də hamar olmadığını söyləyən N. Kərimov cümhuriyyət illərində dövlətin görməyə çalışdığı əsas işlərdən birinin üçrəngli bayrağın milli rəmz kimi qəbul edilməsi olduğunu dedi. Tarixə qısa ekskurs edən tarix kafedrasının müəllimi Azərbaycan bayrağının yenidən milli simvolumuza çevrilməsində ümummilli lider Heydər Əliyevin əməyinin danılmaz olduğunu nəzərə çatdırdı. Tarix kafedrasının müdiri, dosent Xanməmməd İbrahimov müasir gəncliyin bayrağa, o cümlədən digər dövlət rəmzlərinə hörmətlə yanaşmalarının vacibliyindən danışdı. Azərbaycan bayrağının sanballı və qüdrətli olduğunu dedi. Bayrağımızın hər zaman dalğalanmasına çalışan dəyərli ziyalılarımızın məhv edildiyini söyləyən kafedra müdiri illər keçəndən sonra onların arzusunun həyata keçdiyini qeyd etdi. O, həmçinin bildirdi ki, Azərbaycan dövlətinin milli ruhunu dirçəldən ümummilli liderimiz milli strategiyanı möhkəm əsaslar üzərində qurub. Natiq sonda bayrağımızın hər zaman yüksəklikdə dalğalanmasını arzuladı. Tərbiyə işləri üzrə prorektor Ə. Əliyev bir daha tələbə və gənclərə milli rəmzlərimizi dərindən öyrənərək onları sevməyi tövsiyə etdi. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına daxil olmuş bir qrup tələbəyə partiya biletləri təqdim edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR