Deputatlığa namizədliyi qeydə alınanların sayı 640 nəfərə çatıb

img

14-10-2010 [01:26]


gn=left]2010/msk-yeni-bina.jpg[/libt] Noyabrın 7-də keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmüş 1115 nəfərdən 125 seçki dairəsi üzrə 640 nəfərin namizədliyi qeydə alınıb. Bu barədə məlumat verən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasından 111, ?AXCP-Müsavat? blokundan 30, ?İslahat? blokundan 29, ?Qarabağ? blokundan 28, Klassik Xalq Cəbhəsi Partiyasından 27, Azərbaycan Milli İstiqlal Partiyasından 17, Ana Vətən Partiyasından 7, Müasir Müsavat Partiyasından 4, Azərbaycan Sosial-Demokrat Partiyasından 2 nəfərin namizədliyi qeydə alınıb. 279 nəfərin namizədliyi isə qeydə alınmayıb. Bu günə kimi 6829 nəfər müşahidə missiyasını həyata keçirmək üçün MSK-ya müraciət edib. Onlardan 1617-si fərdi şəkildə müraciət edib, 4367 nəfəri isə siyasi partiyaların müşahidəçiləridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA