Qarabağ Blokunun namizədi Appelyasiya məhkəməsinə zikayət etdi

img

16-10-2010 [01:01]


Ümid Partiyasının Beyləqan rayon şöbəsinin sədri, 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cabbarov Möhübbət Nəriman oğlu MSK-nın qərarından appelyasiya məhkəməsinə şikayət edib. Bu barədə MİA-ya açıqlama verən M.Cabbarov bildirib ki, namizədliyinin irəli sürülməsi üçün yığılmış 580 imzadan 150-sini etibarsız elan edən Dairə Seçki Komissiyasının qərarı ədalətsizdir. Belə ki, Seçki Məcəlləsinin tələbləri açıq surətdə pozularaq mənim imza toplama kompaniyamda iştirak edən şəxslərə xüsusilə də Ramiz Cəfərova və mənə imza vermiş şəxslərin bir çoxuna təzyiq göstərilərək mənə imza etməmələri barəsində izahatları alınmışdır. Tələbimə baxmayaraq DSK bu günə qədər də Ramiz Cəfərovla mənim üzləşməmi təşkil etməmişdir.Bildiririəm ki, 81 saylı DSK sədri Azər Əliyev bu işdə maraqlı olmuş və mənə qarşı qərəzli yanaşmışdır. Hansı ki, mənə imza verən Beyləqan rayonunun Birinci Aşıqlı kənd sakinləri bu gündə imzaların onlara məxsus olduqlarını MSK-ya ünvanladıqları məktubla təsdiq ediblər. Təəssüflər olsun ki, DSK-nın ədalətsiz qərarına baxan MSK da mənə qarşı ədalətli davranmadı. Bu səbəbdən də mən appelyasiya şikayəti vermək məcburiyyətində qaldım. İnanıram ki, 19.10.2010-cu il, saat 16:00-da mənim şikayətimə baxacaq Bakı Appelyasiya Məhkəməsi ədalətli qərar qəbul edəcəkdir. Fürsətdən istifadə edib seçkilərin azad keçirilməsində maraqlı olan media nümyəndələrini və beynəlxalq müşahidəçiləri məhkəmə prosesinə dəvət edirəm. Əgər appelyasiya şikayətim təmin olunmasa mübarizəmi davam etdirib Avropa məhkəməsinə qədər gedəcəyimi də bəyan edirəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA