Kimya Problemləri institutunun direktoru, akademik Toğrul Şahtaxtinski vəfat edib

img

11-10-2010 [06:29]


Tanınmış kimyaçı alim, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA Kimya Problemləri İnstitutunun direktoru Toğrul Nemət oğlu Şahtaxtinski 2010-cu il oktyabrın 8-də ömrünün 85-ci ilində vəfat edib. Toğrul Şahtaxtinski 1925-ci il oktyabrın 22-də Bakı şəhərində anadan olub. O 1972-ci ildə özünün də fəal iştirakı ilə yaradılmış Naxçıvan Elmi Mərkəzinin rəhbəri təyin olunmuş, 1973-1981-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi işləmiş, 1975-ci ildən Azərbaycan Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru və oksidləşmə prosesləri laboratoriyasının müdiri olmuş, 1990-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinə rəhbərlik etmişdir. O, 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Kimya Problemləri İnstitutunun direktoru seçilmiş və ömrünün sonunadək bu vəzifəni icra etmiş, 1997-2007-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin akademik-katibi olmuşdur. Toğrul Şahtaxtinski 1959-cu ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor elmi adını almışdır. O, 1972-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir. Toğrul Şahtaxtinskinin elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan ?Şöhrət? və ?İstiqlal? ordenləri ilə təltif edilmişdir. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR