ALDP sədri ATƏT nümayəndəsinə seçki pozuntularından zikayət edib

img

11-10-2010 [01:28]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev dünən ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri, xanım Odri Qlover və Siyasət üzrə təhlilçi Marian Qabriellə görüşüb. Görüşdə 7 noyabrda keciriləcək seckilərə hazırlıq barədə məsələlər müzakirə olunub. F.Əliyev namizədliyini verdiyi 28 saylı Sabunçu üçüncü secki dairəsində süni əngəllərdən və alternativi olan millət vəkili Eldar Quliyevin ona qarşı apardığı qara piar kamganiyasından bəhs edib. Partiya sədri Eldar Quliyevin Secki Məcəlləsində nəzərdə tutulmuş vaxtından əvvəl seçki təbliğatı ilə məşğul olduğunu və bu barədə MSK və DSK-ya şikatət edildiyini, lakin MSK və DSK tərəfindən bu məsələnin araşdırılmadığından xanım Odri Qloverin nəzərinə catdırıb. F.Əliyev bundan əlavə yerli mətbuatda E.Quliyev tərəfindən hədəfə götürüldüyünü və ona böhtan atıldığından danışıb. DSK tərəfindən də hədəfə alındığını qeyd edən partiya sədri imza vərəqləri alarkən süründürməciliklə üzləşdiyini, imza vərəqələrini təhvil verdikdən sonra növbəti maneə ilə üzləşdiyini söyləyib: ?Mənin namizədliyimi dəstəkləyən seçicilərə həm DSK-nın işci qrupu, həm də Eldar Quliyevin adamları tərəfindən təzyiqlər olunur. Bu barədə mənim Secki qərargahımıma seçicilər bildiriblər. Belə hallar daha cox Maştağada qeydə alınıb. Onlar ev-ev gəzərək namizədliyimi dəstəkləyən seçicilərə seçki günündə mənə səs verməməyi tapşırıblar. Əks təqdirdə müxtəlif maneələrlə üzləşəcəklərinin bildiriblər?. F.Əliyevin xahişini nəzərə alaraq ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri, xanım Odri Qlover və Siyasət üzrə təhlilçi Marian Qabriellə 28 saylı Sabunçu üçüncü secki dairəsində müşahidə missiyasını göndərəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA