Milli Onkologiya Mərkəzində qəbul: akademik Cəmil Əliyev çoxsaylı görüşlər keçirib - FOTOLAR

img

29-04-2018 [19:01]


Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev  Köln Universiteti klinikasının aparıcı neyroradioloqları ilə görüşüb.

Bu barədə mərkəzdən Mia.az-a verilən məlumata görə, uniklinikanın neyroradiologiya şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Anastasios Mpotsaris, tibb elmləri doktorları Volker Maus və Nuran Abdullayevlə Milli Onkologiya Mərkəzində keçən görüş zamanı  Mərkəzin yüksək elmi-klinik səviyyəsi razılıqla qiymətləndirilmiş, gələcək ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş  fikir mübadiləsi aparılıb.

Almaniyadan gəlmiş mütəxəssislər  Mərkəzin reanimasiya,  invaziv diaqnostika və müalicə şöbələrinin işi ilə tanış olmuşlar. Qonaqlar  Milli Onkologiya Mərkəzindən xoş təəssüratlarla ayrılıblar.

 Həmin gün  ölkəmizdə öz işini davm etdirən IV Azərbaycan-alman-türk konqresinin dünya şöhrətli  spikerlərinin  bir qrupu  akademik Cəmil Əliyevin dəvəti ilə  bu məşhur səhiyyə ocağının maddi-texniki təminatı və əldə edilən yüksək tibbi nəticələrlə tanışlıq məqsədi ilə MOM-da olublar.


Nümayəndə heyətinin üzvləri - Almaniyanın Jena klinikasının baş direktoru, tibb elmləri doktoru, professor Utz Settmacher, Rusiyanın Sankt-Peterburq şəhərinin I Tibb Universitetinin rektoru, professor Sergey Baqnenko, Davos kurslarının direktor müavini professor  Dieter Hahnloser, Hamburq Qastro-Enteroloji Klinikasının baş direktoru Deniz Uyak, müxtəlif  xarici ölkələrin tanınmış tibbi mərkəz və klinikalarından ölkəmizə gəlmiş digər  professorlar dəvətə görə dərin təşəkkürlərini bildirmiş, Milli Onkologiya Mərkəzində pasiyentlərin müayinə və müalicəsi üçün yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu vurğulayıblar.

Akademik Cəmil Əliyev qonaqların çoxsaylı suallarını cavablandırıb, Cənubi Qafqazın ən müasir avadanlıq və  qurğularla təchiz ounmuş və müasir müalicə  metodlarının tətbiq edildiyi bu səhiyyə strukturunun ərsəyəy gəlməsində dovlətin, xüsusilə də ölkə Prezidenti İlham Əliyevin ardıcıl və daimi qayğısını yüksək qiymətləndirib. 


***

Məlumatda o da qeyd olunub ki, Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper də Azərbaycana səfəri çərçivəsində aprelin 27-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində olub.

 İxtisasça radioloq olan senator A. Uper Milli Onkologiya Mərkəzi haqqında cox eşitdiyini qeyd etmiş və  Mərkəzə səfər etməyə cox maraq qöstərdiyini və bu fürsəti əldə etdiyi üçün çox məmnun qaldığını vurğulayıb.

Mərkəzin baş direktoru  akademik Cəmil Əliyev qonağa  kollektiv haqqında  ətraflı məlumat vermişdr. Senator Mərkzin şüa diaqnostikası, şüa terapiyası şöbələri və Nüvə Təbabəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.


Görüşün sonunda  senator Alen Uper səmimi qəbul üçün təşəkkürünü bildirmiş və Milli Onkologiya Mərkəzinin muzeyində  Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir