"Qarabağ" blokunun namizədinə qarzı təxribat cəhdi

img

08-10-2010 [03:58]


12 saylı Qaradağ-Yasamal-Binəqədi seçki dairəsindən Qarabağ blokunun vahid namizədi, ADP sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacızadəyə qarşı adıçəkilən dairədə saxta ittihamla qərar qəbul edilib. Bu barədə MİA-ya ADP mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, C.Hacızadənin guya vaxtından əvvəl təşviqatla məşğul olması haqqında uydurma sənəd hazırlanıb dairəyə təqdim edilib və onun namizədliyinin qeydə alınmaması üçün ilkin addımlar atılmağa başlanılıb. Cəmil bəyin partiyanın mətbuat xidmətinə verdiyi məlumatda bildirilir ki, onun haqqında qərar qəbul olunmasına səbəb olmuş saxta təşviqat materialındakı foto, onun dairəyə təqdim etdiyi foto ilə tamamilə oxşardır. ?Çox güman ki, bu ssenari hazırlanarkən dairədəki fotomdan istifadə olunub. Eyni zamanda əlimə bu dairədən namizəd olan başqa bir nəfər haqqında bu cür təşviqat materialı gəlib çatıb. Fikrimcə bu dairədə seçkilərin saxtalaşdırılması işinə artıq start verilib və bu barədə mən beynəlxalq müşahidə missiyasına, o cümlədən aidiyyatı qurumlara rəcmi müraciət edəcəyəm.? deyə C.Hacızadə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA